Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avro-2017: Millimiz tarixi uğura imza atmaq iddiasında
Tarix: 30-09-2017 | Saat: 12:27
Bölmə:Karusel / İdman | çapa göndər



Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün yarımfinal mərhələsinin oyunları keçiriləcək.
12 il əvvəlki rekordu təkrarlamaqla bu mərhələyə yüksələn yığmamız yeni rekord üçün Hollandiya millisi ilə üz-üzə gələcək.
Qarşılaşmanın gərgin keçəcəyi gözləniləndir. Çünki DÇ-2018-in seçmə mərhələsində voleybolçularımıza quru hesabla uduzan “narıncılar” həmin matçın revanşını almağa çalışacaqlar. Rəqibimiz, həmçinin ¼ finalda İtaliya yığmasına qalib gəldiyindən, bu uğuru davam etdirməyi hədəfləyib. Amma Avropa çempionatında keçirdiyi 4 görüşdə cəmi 1 set uduzan Faiq Qarayevin yetirmələri də qələbə seriyasını davam etdirmək iddiasındadır. Təcrübəli baş məşqçinin Avropa Oyunlarından sonra milliyə yenidən qayıdışından sonra ardıcıl 24 dəfə meydanı qalib kimi tərk edən komandamız bu dəfə də eyni uğuru əldə edərsə, həm yubiley – 25-ci qələbəsini qazanacaq, həm də tarixində ilk dəfə Avropa çempionatının finalına yüksələcək. Bu səbəblərdən də görüşün tay-brekə kimi uzanması istisna deyil.
Yarımfinalın digər cütündə isə son Avropa çempionu Rusiyanı mübarizədən kənarlaşdıran Türkiyə yığması yarışın əsas favoriti Serbiya ilə üz-üzə gələcək. Qrup mərhələsində uğursuz çıxışından sonra öz oyununu tapan “ay-ulduzlular”ın qarşılaşmada qalib gəlməsi sensasiya sayılmayacaq.
Qeyd edək ki, Avropa çempionatının mükafatçılarının adına sabah aydınlıq gələcək.
Avro-2017
Yarımfinal mərhələsi
30 sentyabr
18:00. Hollandiya - Azərbaycan
Hakimlər: Vladimir Oleynik (Rusiya), Onur Hoşnut (Türkiyə)
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
Baş məşqçi: Faiq Qarayev
Hollandiya: 1. Kirsten Knip, 2. Femke Stoltenborq, 3. Yon Belien, 4. Seleste Plak, 5. Robin de Kroyf, 6. Maret Balkesteyn-Qrotues, 9. Mirte Şut, 10. Lonneke Sloetyes, 11. Enn Buys, 14. Laura Dijkema, 18. Marrit Yesper, 19. Nika Daalderop, 20. Tessa Polder, 22. Nikole Kulhaas
Baş məşqçi: Ceymi Morrison
20:30. Serbiya – Türkiyə
Hakimlər: Pavel Burkevits (Polşa), Mario Bernaola (İspaniya)


Xəbəri paylaş

7158 dəfə oxunub.

Digər xəbərlər
8-01-2018, 12:05 Kök suyunun 24 faydası

bütün xəbərlər
____ Instagram ___