Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ölümcül hala düşən Faytonçu Nazim aylar sonra efirdə - VİDEO
Tarix: 06-09-2017 | Saat: 11:38
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər


ARB TV-nin efirində yayımlanan "Səhər-səhər" verilişinin növbəti qonağı uzun zamandır ağır xətəlikdən əzab çəkən müğənni Nazim Pişyari (Faytonçu) olub.

Səhhətində yaranan problemlərlə əlaqədar olaraq uzun zamandır səhnələrdən və efirlərdən uzaq düşən sənətçi, maraqlı açıqlamaları ilə diqqət çəkib.

O, öd kisəsindən əziyyət çəkdiyini bildirib:

"Öd kisəmdən əziyyət çəkirdim və fikrləşdim ki, gedib kəsdirim. Gedib naşı adamın əlinə düşdüm, ciddi fəsadlar baş verdi. Sonradan bəlli oldu ki, öz sahəsi deyilmiş. Başqa sahənin adamı idi və 2 ay kurs keçib cərrah olurlar. Biz o cərrahı tanımırdıq. Elə bil şeytan ağzımı, dilimi bağladı ki, bu adamın yanına getdim. İsraildə həkimlər baxan kimi dedilər ki, burada həkim səhvi var. Mənim hər yerimi yoxlayıb dedilər ki, siz əməliyyat zamanı masanın üzərində qalmalıydınız. Sizdə qanaxma baş vermişdi. Ona görə də sizdə əməliyyat 4 saat davam edib. Gərək açıq əməliyyat edərdi, səhv edib. Qanaxma baş verən an dərhal açıq əməliyyata keçməli idi. Qanın qarşısını kəsəndə öd kisəsinin axarlarını tikmişdi. Hər gün qanaxma baş verirdi. Mənə dedilər ki, 6-7 ay ömrüm qalır. Evdəkilər başını itirdi. Kimyoterapiya edilməlidir dedilər. İsraildə mənə dedilər ki, onkoloji xəstə deyilsən”.


Xəbəri paylaş

8378 dəfə oxunub.

Digər xəbərlər
20-12-2016, 02:09 Rusiya bəyanat yaydı
21-04-2016, 15:21 Bu il meyvə az olacaq

bütün xəbərlər
____ Instagram ___