Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ÇAYTİKANI bitkisi orqanizmdə bu 10 MÖCÜZƏNİ yaradır
Tarix: 08-09-2017 | Saat: 11:56
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

b_520_0_16777215_0___images_stories_SAGLAMQIDA_caytikani_8.jpeg
Çaytikanı bir çox faydalı xüsusiyyətlərlə zəngindir. Bunun səbəbi bitkinin zəngin kimyəvi tərkibdir.
Çaytikanı A, B, C, K, E, P vitaminlər, kalium, maqnezium, kalsium, fosfor, pektinlər, flavonoidlər və s. aktiv maddələrlə zəngindir.
1. Çaytikanı multivitamin bitkidir və bu səbəbdən vitamin çatışmazlığından əziyyət çəkən, ağır xəstəlik, əməliyyat keçirmiş, zəifləmiş insanlar üçün çox faydalıdır.
2. A vitamini ilə olduqca zəngin olan çaytikanı görmə, dəri və selikli qişaların sağlamlığı, uşaqlara boyatma üçün çox faydalıdır.
3. B qrupu vitaminlərinə görə çaytikanı sinir sisteminin fəaliyyətinə müsbət təsir edir.
4. Çaytikanı bitkisində olan fol turşusu qanyaratma sistemi üçün faydalıdır, hamilə qadınlarda dölün normal inkişafını təmin edir.
5. Tərkibində olan flavonoidlər damarların və kapilyarların sağlamlığını qoruyur.
6. Çaytikanı E vitamini ilə zəngindir. Bu vitamin həm kişi, həm də qadın cinsiyyət sisteminin sağlamlığı üçün ən vacib maddələrdən biridir. Sonsuzluq, kişilərdə potensiya problemləri zamanı çaytikanı təbii dərman kimi istifadə oluna bilər.
7. Maqnezium və kaliumla zəngin olan çaytikanı ürək-damar sistemi üçün də çox faydalıdır. Kalium və maqnezium ürək əzələsinin normal fəaliyyəti üçün vacibdir, arterial təzyiqi normallaşdırır.
8. Çaytikanı orqanizmdə bərpa proseslərini stimullaşdırır. Bu səbəbdən çaytikanı qaraciyərin sağlamlığı üçün çox faydalıdır - qaraciyərin zədələnmiş hüceyrələrinin bərpasını tezləşdirir.
9. Çaytikanı immun sistemini möhkəmləndirir.
10. Çaytikanı yağı mədə və 12 barmaq bağırsağı xorası zamanı çox effektli müalicəvi vasitə kimi istifadə olunur. Bu məqsədlə çaytikanı yağı və bitkinin dəmləməsi istifadə olunur.
(saglamolun.az)


Xəbəri paylaş

1 0148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___