Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yayda tərləməmək üçün belə qidalanın
Tarix: 12-07-2016 | Saat: 15:29
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Yayda tərləməmək üçün belə qidalanın

Yay əyləncə, məzuniyyət, çimərlik, istirahət, qarpız, şaftalı kimi dad meyvələrin mövsümü olsa da, qızmar hava, yüksək temperatur bəzən hamıya pis təsir edir. Bəs bu istilərə necə tab gətirməli?

Bu yazıda isti havaları sağlam başa vurmaq və yayı sərin keçirmək istəyənlərə məsləhətlər verilib

İsti havalarda necə qidalanmalı?
İsti havalar xüsusilə iştaha mənfi təsir göstərir. Dolayısı ilə daha az yediyimiz üçün çox tez yorulur və halsız oluruq. Lakin isti havalarda aclıq hiss etməsək belə, orqanizmin bədən temperaturunu tənzimləmək üçün onu ehtiyacı olduğu enerji ilə mütləq təmin etmək lazımdır. Bunun ən yaxşı üsulu tərəvəzlər, meyvələr, fındıq, qoz, badam kimi yağlı çərəzlər, süd və məhsullarından istifadə etməkdir. Ən əhəmiyyətlisi də gündə ən az 2 litr su için. Daha az tərləmək istəyirsinzisə, yağlı və kalorili qidalardan uzaq durun.

İsti havalarda nə yeməli?
Göyərti, pomidor, xiyar, yaşıl və qırmızı bibər, digər çiy yeyilə bilən tərəvəzlərdən hazırlanmış salat;

Qatıq, ayran, doğramac, ağartı məhsulları;

Zeytun yağında bişirilmiş təzə lobya, badımcan, bibər kimi yay tərəvəzləri;

Albalı, qarpız, yemiş, şaftalı, xiyar kimi sulu tərəvəz və meyvələr;

Dondurma kimi südlü şirniyyatlar;

Özünüzü iştahasız hiss edirsinizsə, qoz, badam, tam taxıllı qidalar, ayran, qatıq və ya pendir yeyin.

Nə qədər maye qəbul etməli?
Maye və xüsusən su orqanizmdə yığılmış toksinlərin atılmasını təmin edir, orqanların fəaliyyətini yaxşılaşdırır, metabolizmi sürətləndirir. Bütün bunlar ümumilikdə bədənin daha sağlam, dərinin isə daha təravətli görünməsi ilə birbaşa əlaqəlidir. Odur ki, yayda hər gün ən az 2 litr su içməyə çalışın. Ayran, kefir, doğramac, meyvə kokteylləri və ya smuzi kimi içkilər bədənin su ehtiyacını qarşılayır.

Bədənin susuz qalması nə ilə nəticələnir?
Bədənin susuz qalması nəticəsində halsızlıq, yorğunluq, ağız quruluğu və müvazinət pozğunluğuna gətirib çıxarır. Xüsusilə yaş artdıqca orqanizmin mayeyə ehtiyacı artır. Bu səbəblə yaşa dolduqca su ehtiyacını da artırın.

Bəs isti havalarda məşq edənlər nə qədər su içməlidir?
Məşq zamanı bədən çox da tərlədiyi üçün daha çox maye qəbul etmək tələb olunur. Əgər bədənin itirdiyi su ehtiyacı ödənilməsə, onda yorğunluq, halsızlıq kimi əlamətlər dərhal özünü göstərməyə başlayır. Məşqdən sonra ayran, kefir, təzə sıxılmış meyvə suları, smuzi və soyuq şorbalar bədənə həm enerji verir, həm də tərkibi faydalı vitamin-minerallarla zəngindir.


Xəbəri paylaş

6058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___