Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elza Teyidcahan, İzzətə görə "döyülmək", Nazın ombasındakı döymə, "Şuşanın dağları" "vətənpərvərliyi" - HƏFTƏBECƏR
Tarix: 04-09-2017 | Saat: 10:29
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (139-cu say) təqdim edirik.

Diqqətli oxucular bilir ki, istənilən sağlam tənqidə qarşı nəinki dözümlüyəm, həm də belə tənqidləri çox bəyənirəm. Ancaq bəzən tənqid təhqirə keçərsə, təbii ki, mütləq cavab verirəm. Məsələn, ötən həftə Samir adlı bir nəfər üzümdəki kişilik cizgilərinə öz aləmində "ilişib". İnanıram ki, həmin şəxs yazımı ya oxumayıb, ya da axıra qədər oxumaq istəməyib. Ancaq çox istərdim ki, bundan sonra yazacağım cümləni oxusun, qalanlarını oxumasa da olar. Hörmətli oxucu, sizi əmin edirəm ki, mənsub olduğunuz sülalədə mənim kimi normal kişi cizgilərinə malik beş kişinin adını çəkə bilməzsiniz. Əgər söhbət klassik kişi cizgilərindən gedirsə... İndi də keçək mövzulara.
Azərbaycan ədəbiyyatı ölmüşdü, qalmışdı dəfn olunmağı. Bu işin də mürdəşirliyini, mollalığını, aş bişirməyini, ağı deməyini, mərsiyyələrini Elza Seyidcahan namus-qeyrətlə öz üzərinə götürüb. Adam söz verib ki, insanları ədəbiyyat, şeir adlı məfhumlardan iyrəndirənə qədər yazacaq. O gün də "Tikim sizin ağzınızı" adlı şeirini ortalığa çıxarıb. Ancaq insaf naminə bir faktı mütləq qeyd etməliyik. Ölkədə baş verən bəzi hadisələrə əksər sənətçilərdən fərqli olaraq məhz Elza alayarımçıq da olsa, yazdıqları ilə münasibət bildirib. İstər ət qalxanda, istər dollar özünü dağ başına qoyanda və sair. Elzanın yazdığı "Tikim sizin ağzınızı" şeirinə ən yaxşı cavabı adını indi xatırlamadığım sosial şəbəkə istifadəçisi 2 kəlməylə şedevr cavab vermişdi. Cavab belə idi - Elza Teyidcahan.
Yəqin razılaşarsınız ki, İzzət Bağırov ən az qalmaqal edən, hətta belə demək mümkünsə, qalmaqaldan qaçan nadir sənətçilərdəndir. O gün bir şou proqramda oxuduğu yerdə qocalar demişkən, quruca qana düşüb. Restoranın mühafizəçiləri qonaqlardan birini basıb döyüblər, ortalıqda İzzətin adı hallandırılıb. Əslində, xəbəri yazanları da başa düşürəm. Məsələn, filan şadlıq sarayının mühafizəçisinin hansısa qonağı döyməyi adi xəbərdir. Çünki gündəlik həyatda belə şeylərlər o qədər rastlaşırıq ki. Bəzən bizi qorumalı, yol göstərməli adamları əksinə, bizə tam əksini edə bilirlər. Məsələn, bu yazını hazırda Masallıda yazıram. Biləsuvardakı məşhur yolayrıcında yol polisi yolu kəsib, soruşuram ki, hansı yolla getməliyəm? Deyir ki, sür, hərəkəti dayandırma. Hansı hərəkəti? Yol bağlıdır e. İndi bu anlaşılmazlığın yanına bir məşhur sənətçinin də adını dürtüşdürsəm, olur əməllicə qalmaqal. Düzdürmü?
Ötən həftənin əsas müzakirə mövzularından biri Türkiyənin evlilik proqramlarında məşhurlaşan (Allah kəssin elə məşhurlaşmağı) Nazın ombası idi. Həmin nazın ombası oldu həftənin xəbər bombası. Naz adı çəkilən həmin nayihəsinə döymə elətdirmişdi. Allah heç kimi o döyməni vuran ustanın gününə salmasın. Qardaş (təbii ki əgər döyməni vuran kişi xeylağıdırsa) əməlli başlı zülm çəkib.
İndi danışacağım mövzu haqda bir köşə də yazmışam. Mövzuya yenidən qayıtmağımın səbəbi sizin də bu barədə məlumatlı olmağınızı istəməyimdir. Biz təzə "vətənpərvərlik" fəndi tapmışıq. Biri gedir Türkiyədə ofisianta 5-10 lirə verib deyir ki, mən sənə nə vaxt işarə eləsəm, oradan erməni mahnısını dayandırarsan. Başqa biri Rusiyaya toy oxumağa gedir, gəlib danışır ki, getdim ermənilərin acığına konsert verdim. İndi haqqında bəhs edəcəyim "vətənpərvərlik" növü isə ilkdir. Yəni, hələ beləsi olmayıb. Deməli, aparıcılar Afaq Gəncəli, Nərgiz Məmmədova və Zemfira Adıgözəlova gediblər Gürcüstana. Allah verəndən yeyib içəndən sonra deyiblər ki, gəlin bir dənə "Şuşanın dağları" sifariş verək, oynayaq, oynayıblar. Yerdən də bir nəfər qəfil peyda olub və başlayıb bu üç xanımın rəqsini çəkməyə. Sonra həmin video sosial şəbəkələrdə paylaşılıb və böyük hərflərlə qeyd edilib ki, həmin restoranda ermənilər də var imiş. Yəni ermənilər olan restoranda "Şuşanın dağları"nı sifariş verib oynadıq. Cəsarətə bax ha. Yolum o tərəflərə düşsə, mən də sınayacam özümü. Görüm alınırmı?


Xəbəri paylaş

1 2458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___