Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda daha çox insanın barmaq izləri götürüləcək
Tarix: 27-09-2015 | Saat: 11:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Azərbaycanda daha çox insanın barmaq izləri götürüləcək
Məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Azərbaycanda məcburi dövlət daktiloskopik (əl-barmaq izləri) qeydiyyatına alınan şəxslərin əhatə dairəsi genişləndirilir.

Xəbəraz.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Milli Məclisin növbəti plenar iclaslarında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulur.

Qeyd edək ki, qanunun hazırkı maddəsində qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulmur.


Xəbəri paylaş

5498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___