Oğuzda ağır yol qəzası olub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Tarix: 20-08-2017 | Saat: 22:35
Bölmə:Karusel / Hadisə | çapa göndər
Oğuzda baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
İki minik avtomobilinin toqquşması nəticəsində hələki şəxsiyyəti məlum olmayan bir nəfər aldığı ağır bədən xəsarətlərdən hadisə yerində ölüb və Oğuz Mərkəzi Rayon Xəstəxanasının (MRX) morquna aparılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər isə Oğuz MRX-a aparılıblar.
Oğuz MRX-dan APA-ya verilən məlumata görə, yaralılar - Bakı şəhər sakinləri olan Məhsuma Qəhrəmanova, onun 13 yaşlı övladı Murad Qəhrəmanov, Oğuz rayon sakinləri 1960-cı il təvəllüdlü Sədaqət Abdullayeva, onun övladı 1990-cı il təvəllüdlü Cəmil Abdullayev, Şəkinin Şin kəndindən 1963-cü il təvəllüdlü Şükür Ağamirzəyev və Şəkinin Aşağı Göynük kənd sakini Ziyəddin adlı şəxs ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki MRX-a göndəriliblər.
Şəki MRX-dan isə bildirilib ki, Ziyəddin və Şükür adlı iki yaralı xəstəxanaya daxil olduqdan bir qədər sonra aldıqları ağır bədən xəsarətlərindən ölüblər. Digər yaralıların müayinəsi davam etdirilir.
Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Xəbəri paylaş
6118 dəfə oxunub.
Digər xəbərlər

22-07-2015, 19:33
Türkiyə terror qurbanları yad edir
24-02-2022, 11:12
Maskalara nə vaxt əlvida deyəcəyik?
29-03-2023, 11:47
Afra Saraçoğlu ilə Çağatay Ulusoy sevgilidir?
3-06-2015, 12:31
“Orta məktəbdə çalışan müəllimlər yüksək məvacib almalıdır ki, yüksək səviyyədə çalışa bilsinlər"
2-02-2020, 18:19
Bakıda polis avtomobili qarət etmək istəyən şəxsi tutub - FOTO
7-08-2015, 13:33
Molla kəbinli rəqqasə Aytən: "300-400 manatla razılaşsam..." - FOTO
22-11-2015, 13:18
“YAP Azərbaycanda sabitliyə xidmət edən əsas siyasi qüvvədir“
19-01-2020, 13:39
Sabah hava necə olacaq? - PROQNOZ