Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Orta məktəbdə çalışan müəllimlər yüksək məvacib almalıdır ki, yüksək səviyyədə çalışa bilsinlər"
Tarix: 03-06-2015 | Saat: 12:31
Bölmə:M / Karusel / Gündəm / Təhsil / M2 | çapa göndər

“Orta məktəbdə çalışan müəllimlər yüksək məvacib almalıdır ki, yüksək səviyyədə çalışa bilsinlər"

Xeberaz.az xəbər verir ki, Azərbycanda təhsilin gələcək tərəqqisini özündə ehtiva edən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın fəaliyyət planı bir müddətdir ki, təsdiqlənib. Hazırlanmasına hələ 2013-cü ildə başlanılan strategiya 12 illik ümumi təhsilə keçidi başlıca hədəf seçib.

Dünyanın əksər ölkələrinin təhsil müəssisələrində də sözügedən təhsil sistemi mövcuddur.
Məsələn, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14 ildir. Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 illik ümumi təhsil tətbiq olunur. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Ümumiyyətlə, hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələr dünya üzrə çoxluq təşkil edir. Son statistik məlumatlara görə belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir.

Təhsil üzrə ekspertlər də 12 illik təhsil sisteminə keçidin qaçılmaz olduğunu bildirirlər.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün sözlərinə görə, 12 illik təhsilə keçid Azərbaycan təhsil sisteminin, xüsusən də orta məktəb bölümünün Avropaya inteqrasiyasında yeni imkanlar açacaq: "Orta məktəblərdə təhsilin bu istiqamətdə aparılması məktəblər qarşısında geniş imkanlar yaradacaq. Bundan əlavə, təhsil şagirdlərə bilik və bacarıqlar imkanı qazandıracaq. Proqramların dəyişdirilməsi, daha da modernləşdirilməsi, XXI yüzilliyin fənlərinin orta məktəbdə daha geniş tədris olunmasına imkan yaradacaq. Biz hələ buna gecikirik. Halbuki 1992-ci ildə təhsil haqqında qanunun müzakirələri zamanı 12 illik təhsil sistemi məsələsi qaldırılmışdı. Çox təəssüflər olsun ki, bu məsələ müzakirə edilsə də sonradan bu istiqamətdə heç bir addım atılmadı”.

12 illik təhsil sisteminə keçidin elə də asan məsələ olmadığını deyən M.Mürşüdlü bunu onunla izah edib ki, yeni sistemə həm cəmiyyət, həm müəllimlər, həm də sistem özü hazır olmalıdır: ”Keçid üçün ən əsas məsələlərdən biri maliyyə vəsaitinin olmasıdır. Burada təkcə dərslik və proqramın yenidən işlənməsindən deyil, eyni zamanda orta məktəbin strukturunun dəyişdirilməsindən də söhbət gedir. Yeni məqsəd və vəzifələr meydana çıxacaq".

Bu baxımdan 12 illlik təhsil sisteminə keçidin gələn il baş verəcəyinə də inam azdır. Bundan əlavə müəllimlər də 12 illlik təhsil sisteminə keçidə hazır deyil. Çünki bu sistemi idarə edənlərdən sadə vətəndaşlara qədər hazırlıq mərhələsi olmalıdır. Yeni standartlara cavab verən proqramlar hazırlanmalıdır.

Ekspert hətta hazırda Təhsil Nazirliyinin özündə belə yeni sistemə keçid imkanı olmadığını düşünr. Məsələn, Qazaxıstanda gələn ildən artıq bu sistem ölkə üzrə mərhələli şəkildə tətbiq olunacaq. 2020-ci ildə prosesi başa çatdıracaqlar. Demək, proses üçün 17 il vaxt lazım olub.

Təbii ki, bu prosesin tərəfdarları ilə bərabər əleyhdarları da var. "Təhsil naziri birbaşa sual qoyur ki, "12 illik təhsil bizə nə verdi? Biz bundan imtina etsək, daha yaxşı olar”. Bax bu, həmin tələskən keçidin nəticəsidir. Zənnimcə, bizim təhsil sistemində də 12 illiyə keçiləndə tələskənliyə yol verilməməlidir, proses mərhələli şəkildə həyata keçirilməlidir”.

Ekspertin sözlərinə görə, yeni sistem tətbiq edildikdən sonra müəllimlərin də əmək haqqı artırılmalıdır. Burada söhbət müəllimlərin fəaliyyətinin lisenziyalaşdırılmasından gedir. M.Mürşüdlü bildirdi ki, yeni sistemin tətbiqi zamanı müəllimlərin əməyini elmi cəhətdən situmlaşdıran qaydalar meydana çıxa bilər:

“Orta məktəbdə çalışan müəllimlər yüksək məvacib almalıdır ki, yüksək səviyyədə çalışa bilsinlər. Məsələn özəl sektorda müəllimlər yüksək maaş alıırlar. Ona görə də özəl sektorda çalışan müəllimin iş vaxtı saat 17-də bitsə də o, əlavə 1-2 saat çalışdığı təhsil müəssisəsində qalaraq işi ilə bağlı müxtəlif araşdırmalar aparır. Niyə? Çünki yüksək maaş alır və stimul var. Hesab edirəm ki, orta məktəblərdə 12 illik təhsil sisteminə keçid zamanı müəllimlərin əmək haqqı da artırılacaq”.


Xəbəri paylaş

5438 dəfə oxunub.

Digər xəbərlər
27-11-2018, 14:29 Ombudsmanın maaşı artdı

bütün xəbərlər
____ Instagram ___