Rusiyada azərbaycanlı ermənini öldürüb - Qısqanclıq üstündə
Tarix: 17-08-2017 | Saat: 11:55
Bölmə:Karusel / Hadisə | çapa göndər
Rusiyanın Saxalin vilayətində avqustun 15-də 37 yaşlı Azərbaycan vətəndaşı 51 yaşlı Ermənistan sakinini döyüb öldürüb.
"Xəbəraz.Az" xəbər verir ki, bu barədə Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir. Qətl milli zəmində yox, qısqanclıq zəminində baş verib. Belə ki, erməni bir neçə il əvvəl narkotik alverinə görə həbs olunanda azərbaycanlı onun birgə yaşadığı qadınla görüşməyə başlayıb. Həmin qadının ermənidən iki uşağı olub.
Erməni həbsdən çıxandan sonra qadın azərbaycanlıdan xahiş edib ki, onu rahat buraxsın. Lakin azərbaycanlı qadından əl çəkməyib, ona tez-tez zəng vurub. Hadisə baş verən gün erməni qeyri-rəsmi arvadı ilə birlikdə tanışına qonaq gedibmiş. Azərbaycanlı onun həmin ünvanda olduğu öyrənərək tanışlarını da götürüb iki avtomobillə ora gedib. Ermənini küçəyə çağıran azərbaycanlı dostları ilə birlikdə onu döyməyə başlayıb. Erməninin davaya tanışı ilə birlikdə çıxdığı bildirilir, lakin qüvvələr qeyri-bərabər olub və aldığı zərbələrdən erməni ölüb. Azərbaycanlı isə həbs olunub.
Xəbəri paylaş
6928 dəfə oxunub.
Digər xəbərlər

24-04-2016, 17:31
Obama Almaniyaya gedib
7-03-2021, 05:06
"Zaminbank"ın həbs edilən sədri ilə "Şərurlu İsfəndiyar"ın qalmaqalı, nazirlərlə görüş - Sensasion məhkəmə işi
20-08-2018, 16:13
“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi
7-10-2023, 09:23
Corab satdığı deyilən qazi bu qədər təqaüd alırmış - RƏSMİ AÇIQLAMA
26-09-2015, 17:47
Bakıda qadın özünü 9-cu mərtəbədən atdı
30-07-2023, 13:09
“Rahat soyunub çimə bilmirik” – Nəfəs
27-06-2017, 12:07
Xalq artisti ilə vida mərasimi keçirilir - FOTO
5-08-2023, 18:41
Aysel Şükürovanın keçmiş ərindən AÇIQLAMA: “Ana-bala küçə söyüşləri söyüb, qadını döydülər” - FOTO
31-03-2017, 22:05
Bu faktlar sizi təəccübləndirəcək