Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
7 övlad böyüdən ananın DƏHŞƏTLİ SONU - Oğulları ilə birgə öldü - YENİLƏNİB
Tarix: 30-06-2017 | Saat: 14:47
Bölmə:Karusel / Hadisə | çapa göndər


Dünən səhər saatlarında Masallı rayonunun Sərçuvar kəndində dəhşətli qəza nəticəsində həyatını itirən ana və iki oğlu barəsində bəzi məqamlar aydınlaşıb. 
Məlumata görə, rayonun Xıl kəndinin sakini olan Reyhan Abbasova övladları ilə birgə xırda ticarətlə məşğul olurmuş.
Belə ki, R.Abbasovanın 29 yaşlı oğlu Elmin Bayramov təxminən 1 ay əvvəl ətraf kəndlərdə yetişən meyvələri Lənkəran bazarına aparıb satmaq üçün "VAZ" markalı avtomobil alıb. Əvvəllər başqalarının maşını ilə bazara meyvə-tərəvəz daşıyan ana və övladları öz avtomobilləri ilə bu işi davam etdirməyə başlayıblar. Məlum hadisə də onlar kənddən aldıqları meyvələri Lənkəran bazarına apararkən baş verib.
Bildirilir ki, R.Abbasovanın həyat yoldaşı bir neçə il əvvəl vəfat edib və o, 7 övladını təkbaşına böyüdüb. Yalnız qadının qardaşı uşaqlardan birini öz himayəsinə götürərək saxlayıb.
Ana və iki oğlu dünən Xıl kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Elmin Bayramovun sürdüyü avtomobilin "Shacman" markalı yük maşınına çırpılması nəticəsində özü, anası və 26 yaşlı qardaşı Mahir vəfat edib.
----------
10:36
İyunun 29-na keçən gecə Masallıda baş vermiş dəhşətli yol qəzasında vəfat edənlərin sayı 3-ə çatıb.
"VAZ" markalı minik avtomobilinin "Shacman" markalı yük maşınına çırpılması nəticəsində ağır xəsarət alan 26 yaşlı Mahir Bayramov xəstəxanada keçinib.
Qeyd edək ki, Mahir Bayramovun qardaşı - avtomobili idarə edən Elmin Bayramovla anası Reyhanə Abbasova hadisə yerində vəfat etmişdi.
 
Yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar. Onların həyatı üçün təhlükə qalmadığı bildirilib.


Xəbəri paylaş

8818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___