Bacısına mesaj yazanı öldürən 17 yaşlı yeniyetməyə hökm oxundu
Tarix: 01-08-2017 | Saat: 15:19
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 17 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun azyaşlı olması, mərhumun anasının onu bağışlaması yüngülləşdirici hal kimi nəzərə alıb.
Qətl hadisəsi 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib.
Xatırladaq ki, Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb. Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbərin telefonuna zəng vurub və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb. Görüş zamanı tərəflər mübahisə edib və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.
Qeyd edək ki, M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.
Xəbəri paylaş
1 8538 dəfə oxunub.
Digər xəbərlər

15-01-2018, 14:09
Bərdədə faciə: 6 yaşlı qız öldü,anasının vəziyyəti kritikdir
4-07-2018, 12:34
“Azərenerji”nin 2 milyard borcu var
9-06-2015, 22:01
Türkiyədə vəziyyət dəyişir : 4 ölü (VİDEO)
7-04-2023, 14:21
Əmək, Vergi və Cinayət məcəllələrini pozub borclu qalan İsrail Əhmədov ölkəni tərk edib xaricə necə gedib - gəlir?
24-02-2017, 12:01
Bakıda FACİƏ: akademiya məzununun meyiti tapıldı
24-11-2016, 12:27
Hər gün 2 dənə kivi yesəniz... - FAYDALARI
8-01-2022, 11:59
Elza Seyidcahan: "Qadınların borcudur ki, hər zaman ərlərinin xəyanətini bağışlasınlar"
6-05-2016, 13:15
Yaxın Şərqdə baş verənlərin səbəbi “Tom və Jerry“dir“
24-12-2016, 00:53
İlham Əliyevin doğum günüdür
17-05-2016, 22:06
Vyana görüşündə Azərbaycan nə qazandı? Rəsmi Bakı münaqişənin həllində bir addım öndə (Bizim şərh)