Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vyana görüşündə Azərbaycan nə qazandı? Rəsmi Bakı münaqişənin həllində bir addım öndə (Bizim şərh)
Tarix: 17-05-2016 | Saat: 22:06
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər

Vyana görüşündə Azərbaycan nə qazandı? Rəsmi Bakı münaqişənin həllində bir addım öndə (Bizim şərh)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə naziri Arlem Dezir mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşün yekunlarına dair birgə bəyanat yayıb.

"Bu gün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə naziri Arlem Dezir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevlə görüşüblər.

Tərəflər münaqişənin hərbi yolla həlli variantının olmadığını təsdiq ediblər. Həmsədrlər 1994 və 1995-ci illərdə əldə olunan atəşkəs sazişlərinə əməl olunmasının vacibliyinə təkid ediblər.
Həmçinin prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq ediblər. Onlar bundan sonrakı zorakılıq risklərini azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırmaçı mexanizmləri üzərində işi başa çatdırmaq barədə razılığa gəliblər. Dövlət başçıları, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi barədə razılaşıblar. Və nəhayət onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşən şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə ediblər. Azərbaycan və Ermənistan prezidentləri bu məsələyə bağlılıqlarını hələ 2014-cü ilin oktyabrında Parisdə keçirilən görüş zamanı ifadə ediblər.

Prezidentlər hərtərəfli nizamlanmaya dair danışıqların bərpası məqsədi ilə danışıqların davam etdirilməsi üçün iyunda növbəti görüşün vaxtını və yerini rmüəyyən etmək barədə razılığa gəliblər", - deyə bəyanatda qeyd olunur.

Görünən budur ki, heç bir halda ABŞ Qarabağda yeni savaşın alovlanmasına imkan vermək istəməyəcək və hətta irimiqyaslı hərbi əməliyyatlar başlayarsa, tərəfləri sülhə vadar etmə planına əl atıla bilər. Bu müstəvidə yalnız lokal savaşdan söhbət gedə bilər. Bunu Rusiya istəyir. Rusiya ermənilərin əli ilə yeni ərazilərimizi işğal etmək niyyətindədir və lokal savaş bunun tərkib hissəsidir.
Lakin unutmaq olmaz ki, yaxınlarda Azərbaycanda Formula -1 yarışları keçiriləcək və Azərbaycan hakimiyyəti müharibənin başlamasında maraqlı ola bilməz. Ermənistan isə zatən, müharibədə maraqlı deyil və status-kvonun saxlanması üçün özünü "lezvalayır". 2017-ci ildə isə Azərbaycanda İslam Ölkələrinin Həmrəylik oyunu keçiriləcək. Bütün bunlar Bakının savaşda maraqlı olmadığını göstərir.

Savaşdan danışarkan, Rusiya amilini də unutmaq olmaz. Bu ölkə Dağlıq-Qarabağda müharibənin başlanmasına və Azərbaycanın da uduzmasına onda çalışa bilər ki, Azərbaycan Rusiya maraqlarını nəzərə almaqdan tamam imtina etsin. Türkiyə də müharibənin başlanmasında maraqlı deyil. Yeni Qarabağ savaşının başlanması Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə ziddir. Əslində, bu, Azərbaycana daha çox lazımdır. Çünki Azərbaycan Avropa Birliyinin enerji təhülkəsizliyinin təminatında cüzi rol alır və alacaq.

Lakin kənar baxışla görünən budur ki, Kreml Azərbaycanı yeni savaşa şirnikləndirir və işğal olunmuş torpaqlarımızın azad olunacağına dolayısı ilə yardım edəcəyinə “zəmanət” verir. Bu məsələdə rusların səmimiliyinə inananlar unudurlar ki, Ermənistan Rusiyanın forpostudur və Moskvanın istəyi olsa idi, İrəvanı savaşsız da torpaqları azad etməyə vadar edə bilərdi. Görünən budur ki, Rusiyaya Qarabağın azad edilməsi deyil, yeni savaş lazımdır. Aydın məsələdir ki, böyük savaş başlayarsa, ruslar öz tarixi müttəfiqləri olan ermənilərə yardım edəcəklər. Bu isə yeni torpaq itkisi riski deməkdir. Qərb də Azərbaycanın savaşa başlamasını arzu etmir. Odur ki, düşünülməmiş savaş yeni ərazi itkisi ilə sonuclana bilər. Hərbi əməliyyatlara başlamaq lazımdır, lakin bu məsələdə soyuqqanlı qərar qəbul etmək daha önəmlidir.
Düzdür, onu da unutmaq olmaz ki, Azərbaycan istər əhali sayına görə, istər büdcəsinə görə, istərsə də əsgər sayına görə Ermənistandan xeyli qabaqdadır. Hərbi silahlarına görə də Azərbaycan Ermənistandan xeyli irəlidə durur. Hələlik tərəflər arasında lokal savaş baş verdi. Hərbi əməliyyatlar sübuta yetirdi ki, əgər Azərbaycan irimiqyaslı — işğal olunmuş ərazilərin ən müxtəlif istiqamətlərindən hərbi əməliyyatlara başlasa, Ermənistan bu qədər ərazini qorumaq imkanında olmayacaq.

Lakin son hərbi əməliyyatlara verilən reaksiyalar da sübuta yetirir ki, uzunmüddətli savaş perspektivi böyük deyil. Yeni, daha irimiqyaslı savaş başlayarsa, bu zaman supergüclər işə qarışmalı olacaq.

Onların mövqeyinin Azərbaycanın mövqeyi ilə üst-üstə düşəcəyini təxmin etmək elə də asan deyil. Daha bir vacib detala da diqqət yetirək. "Yeni Qarabağ savaşı"nda yuxarıda da qeyd etdiyimiz kimi, dünya gücləri maraqlı deyil. Bu gün dünya güclərinə münaqişənin dondurulması gərəkdir, deməli, münaqişənin dondurulmuş vəziyyətdə qalmaq ehtimalı hələ də az deyil. Bu baxımdan, Bakının Vyana sazişinə razılaşması anlaşılandır.
Avropa.info-nun ekspert qrupu


Xəbəri paylaş

6788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___