Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaxın Şərqdə baş verənlərin səbəbi “Tom və Jerry“dir“
Tarix: 06-05-2016 | Saat: 13:15
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Yaxın Şərqdə baş verənlərin səbəbi “Tom və Jerry“dir“
Misirin idarə rəhbərindən maraqlı açıqlama

Misirin informasiya idarəsinin rəhbəri Salah Abdussadıq ərəb dünyasında baş verən zorakılıq hadisələrinin səbəbinin “Tom və Jerry” cizgi filmi olduğunu açıqlayıb.
"Xəbəraz.az " xəbər verir ki, idarə rəhbəri Yaxın Şərqdə baş verən qanlı hadisələrin “Tom və Jerry” kimi Qərb ölkələrinin istehsal etdiyi cizgi filmlərindən qaynaqlandığı fikrini müdafiə edib.

Hərbi çevrilişin hökm sürdüyü və insan haqlarının pozulduğu Misirdə informasiya idarəsinin direktoru Salah Abdussadıqdən ərəb dünyasındakı zorakılıq hadisələri ilə bağlı maraqlı açıqlama gəlib.

Qahirə Universitetində təşkil edilən bir forumda danışan Abdussadıq "Tom və Jerry" kimi cizgi filmlərinin qarşıdurmanı və zorakılığı gülməli şəkildə aşıladığını bildirib.

Uşaqların beləcə kiçik yaşlarından zorakılığı normal görərək yetişdiklərini vurğulayan Abdussadıq sözlərinə belə davam edib:

"Göstərilən cizgi filmləri ilə bir nəfəri döymək və ya bir nəfəri partlatmaq, tamaşaçıların gözündə çox adi görünməyə başlayır".


Xəbəri paylaş

6008 dəfə oxunub.

Digər xəbərlər
16-01-2017, 14:49 Sabahın HAVAsı

bütün xəbərlər
____ Instagram ___