Bakıda qızı zorla maşına mindirib apardılar – AVTOBUS DAYANACAĞINDAN
Tarix: 01-08-2017 | Saat: 13:19
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda gənc qız zorla avtomobilə mindirilərək qaçırılıb.Hadisə dünən Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində baş verib. Bir neçə nəfər 1990-cı il təvəllüdlü Mirzəyeva Gülbəniz Qafar qızı avtobus dayanacağında olarkən avtomobillə sürətlə yaxınlaşıb və onu zorla maşına mindirərək aparıblar. Avtomobil Salyan rayonu ərazisində olarkən qarşıda polis postunun olduğunu görən qız sürücüyə hücum edərək sükanı onun əlindən almağa çalışıb və bu zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Yol polisi əməkdaşları avtomobilin şübhəli olmasını müəyyən edən kimi onları saxlayıblar və zorla qaçırılan qızı xilas ediblər. Qızı Saatlı rayonuna aparmaq istəyən 1993-cü il təvəllüdlü Məmmədov Ceyhun Rüstəm oğlu və daha bir nəfər tutularaq Qaradağ rayon Polis İdarəsinə təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29.144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
6808 dəfə oxunub.
Digər xəbərlər

18-06-2016, 11:54
Bu gün Milli Məclisə seçki keçirilir
21-03-2017, 17:28
Hüsnü Mübarək azadlıqda
11-01-2020, 11:25
Xaçmaz sakinində marixuana aşkarlandı
28-05-2019, 18:46
Azərbaycanlı idmançı Yaponiyada növbəti döyüşə çıxır – Foto
25-12-2021, 12:14
2 saylı Baza Tibb Kollecində BOĞAZA QƏDƏR RÜŞVƏT... - ÖZBAŞINA QALIB...
13-01-2017, 15:15
"Azərbaycan artan rifah səviyyəsi ilə qibtə edilən ölkəyə çevrilib"
10-03-2017, 18:53
Azərbaycanın xaricə bu qədər borcu var...
5-03-2018, 12:29
MSK: "Azərbaycanda peşəkar seçki təcrübəsi yaranıb"