Azərbaycanda cinsi bilinməyən uşaq doğuldu: “Valideynlər bu problemi gizlədirlər…”
Tarix: 07-09-2017 | Saat: 14:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
Azərbaycanda qeyri-adi cərrahi əməliyyat həyata keçirilib.
Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı və uroloqu, uzman Fuad Hüseynovun medicina.az-a verdiyi məlumata görə, əməliyyat rayonlardan birində doğulan və cinsiyyəti ayırd edilə bilməyən uşaq (adı gizli saxlanılır – red.) üzərində aparılıb. Onun sözlərinə görə, aparılan xromosom analizləri zamanı uşağın oğlan (46 XY) olduğu müəyyən edilib: “Cinsiyyət orqanı əyri, ölçüsü isə çox kiçik idi. Sidik kanalının dəliyi xayalığa keçən hissəyə açılırdı.
Uşaq böyüdükcə oturaraq sidiyə gedəcəkdi, cinsi həyatında və ata olmasında ciddi problemlər olacaqdı”.
F. Hüseynov körpəni 2 mərhələdə – 10 aylıq və 1,5 yaşında əməliyyat edib.
“Cinsiyyət orqanı kosmetik olaraq bərpa olundu, sidik ifrazı normallaşdırıldı, artıq körpə normal oğlan uşaqlarından fərqlənmir və gələcəkdə də bir problemi olmayacaq”, – deyə cərrah əlavə edib.
O vurğulayıb ki, bu, Azərbaycanda ilk rastlanan hal deyil: “Belə körpələrimiz olub. Əvvəllər də belə hadisələrə rast gəlinib. Sadəcə valideynlər bu problemi sirr kimi saxlayır, həkimə getməyə utanır, uşağın böyüyəndə düzələcəyinə ümid edirlər. Bu tip uşaqlar kişi kimi böyüyür, xarici görünüşləri də kişidir. Amma cinsi orqanları inkişaf etmir və sidik sistemində problem olur. Onları bəzən hətta evləndirirlər də. Amma cinsi həyatdakı problemlər ailənin dağılmasına səbəb olur. Vaxtında cərrahi müdaxilə edilməmiş insan psixoloji sarsıntı keçirir. Bu problemləri qohum-qonşudan, həkimdən gizlətməklə bir şeyə nail olmaq olmaz. Uşaq hələ körpə ikən müayinə olunub, əməliyyat edilməlidir. Müasir tibb buna imkan verir. Hər bir problem zamanında həll olunmalıdır”.
Məlumat üçün bildirək ki, bu patologiya hermofraditizm deyil. Hermofraditizm hormon çatışmazlığı və pozulmasıdır. Mütəxəssislər uşaq doğulan kimi körpədə hər hansı cinsi uyğunsuzluq, qüsur və cinsiyyəti sual altında qoyan simptom olarsa, dərhal uşaq uzmanlarına müraciət etməyi tövsiyyə edir.
Xəbəri paylaş
6988 dəfə oxunub.
Digər xəbərlər

23-09-2015, 15:36
Azərbaycanda dördüncü mobil operator fəaliyyətə başlayacaq
24-01-2020, 13:55
Beyləqanda qoyun oğruları tutuldu
21-05-2015, 13:21
Artur Rasizadə qərar imzalayıb.
29-08-2016, 19:46
MÖHTƏŞƏM YENİLİK: Maşınlar bir daha toqquşmayacaq - VİDEO
27-05-2015, 14:33
Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
29-01-2019, 17:49
Xalq artisti ilə Afət arasında QALMAQAL-"Ağlınızı başınıza yığın”
3-12-2019, 19:02
Prokuror vəzifəli şəxsi şantaj edən dəstə üzvlərinə cəza istəyib
25-11-2017, 10:42
Kəlbəcər girovu ailəsinə məktub göndərib
18-07-2018, 18:25
Aparılan işlərin nəticələrini görürük – İlham Əliyev