Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı Olimpiya Stadionu 2017-ci il Avropa futbol kuboklarının keçirilməsinə namizəd olmayacaq.
Tarix: 27-06-2015 | Saat: 14:50
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Bakı Olimpiya Stadionu 2017-ci il Avropa futbol kuboklarının keçirilməsinə namizəd olmayacaq.

Xeberaz.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Azərbaycan Futbol Assosiasiyaları Federasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bildirib.

Avropa Futbol Assosiasiyaları Federasiyasının (UEFA) icra komitəsinin iclasında Praqada 29-30 iyun tarixində 2017-ci il Çempionlar liqası və Avropa liqası finallarının keçiriləcəyi yerlər təsdiqlənəcək.

Daha öncə Azərbaycan KİV-i xəbər vermişdi ki, Bakı bu həlledici matçların keçirilməsi üçün öz namizədliyini irəli sürəcək.

“Belə stadiona malik olduğumuz halda Çempionlar liqasının və ya Avropa liqasının final matçlarının keçirilməsinə namizəd olmaq istərdik.

Yaxın illərdə Bakının keçirməyi planlaşdırdığı tədbirlər siyahısı samballıdır. Bu tədbirlər arasında gənclər arasında futbol üzrə Avro-2016, “Formula-1”, Olimpiada, İslamiada var - Məmmədov deyib. – Biz Avropa kuboklarının finalları barədə də düşünürük, amma bunlar hamısı hələlik ideyalarımızdır, onların yazılı təsdiqi yoxdur”.

AFFA-nın baş katibinin sözlərinə görə, ölkənin futbol rəhbərliyinin planında Avropa kuboklarının matçlarının keçirilməsi planı yoxdur, səbəb isə təqvimin dolu olmasıdır.

“Həmin il bizdə İslam həmrəylik oyunları planlaşdırılıb, “Formula-1”in mərhələsi də olacaq, - o deyib. – Ona görə də istəmirik ki, bu hadisələr bir-birinə mane olsun. Futbol finalının keçirilməsi böyük qüvvə tələb edən nəhəng tədbirdir”.

Keçmiş SSRİ ərazisində Avropa kuboku matçlarını Moskva 2008-ci ildə qəbul etmişdi, həmin ilin mayında Çempionlar liqası keçirilirdi. Bu il UEFA Superkuboku uğrunda matç Tbilisidə keçiriləcək.


Xəbəri paylaş

7298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___