Dolma ilə bağlı fayllar hazırlanır” - UNESCO-ya salınmaq üçün
Tarix: 04-05-2016 | Saat: 19:31
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Mayın 4-də “Sərin” restoranında Azərbaycan Milli Kulinariya Mərkəzinin 25 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
"Xəbəraz.az "xəbər verir ki, yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların təmsilçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın 23 şəhər və rayonundan qonaqlar, tanınmış kulinarlar iştirak edirdilər.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu gün Azərbaycan xalqının yaratdığı tarixi abidələrin, maddi və qeyri-maddi mədəniyyət nümunələrinin dünya arenasında tanıdılması ölkəmizin müstəqillik əldə etməsinin nəticəsidir: “Azərbaycan müstəqillik əldə etmədən öncə milli kulinariyanın təbliği və inkişafı haqqında düşünmək mümkün deyildi. Çünki həmin dövrdə milli dəyərləri tanıtmaq hüququmuz yox idi. Lakin müstəqillik əldə etdikdən sonra bütün sahələr kimi, milli kulinariya da öz sözünü deməyə başladı. Bu gün AMKM-nın 25 illik yubileyinin qeyd olunması olduqca əhəmiyyətli hadisədir. Baxmayaraq ki, 25 il o qədər də böyük vaxt deyil, amma bu dövr ərzində AMKM ölkəmizin zəngin mətbəxinin tanıdılması üçün səmərəli fəaliyyət göstərib. Bu illər ərzində bütün sahələrdə olduğu kimi kulinariya sahəsində də Azərbaycan xalqının qədim dövürlərdən qoruyub saxladığı, və gündən-günə inkişaf etdirdiyi mətbəx nümunələri bu gün dünya səviyyəsində tanıdılır, təbliğ olunur”.
Əbülfəs Qarayev həmçinin onu da vurğulayıb ki, hazırda türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün fayllar hazırlanır.
Nazir Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın AMKM-nin 25 illiyi münasibətilə təbrik məktubunu Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanova təqdim edib.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov qurumun 25 illik fəaliyyəti haqqında geniş hesabat məruzə ilə çıxış edib. Bildirdi ki, AMKM yarandığı gündən Azərbaycan mətbəxinin tədqiqində, əhalinin kulinariya sahəsində maarifləndirilməsində, kulinariya mədəniyyəti və təcrübəsinin yayılmasında, milli mətbəx nümunələrinin toplanması, dünya miqyasında tanıdılması və təbliği istiqamətində mühüm işlər görüb.
Xəbəri paylaş
6278 dəfə oxunub.
Digər xəbərlər

12-11-2022, 12:06
Kəlmeyi-şəhadətlə başını kəsdi - "Lider TV"də işləmiş qadının qətlinin ŞOK DETALLARI
29-05-2015, 02:11
Səidə Sultan: Bəyəm o sinə tək məndədir? - VİDEO
11-05-2018, 17:39
Leysan olacaq - SABAH
19-04-2015, 00:08
İŞİD hökumət binasının ələ keçirib.ABŞ-isə şəhəri bombalayır...
16-05-2021, 01:13
Əməkdar artist XTQ giziri ilə nişanlandı - FOTO
30-06-2015, 11:38
Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsi Türkiyə mediasının diqqət mərkəzində-Foto
23-05-2016, 12:20
Komitə sədri Qobustana gedir
14-11-2016, 10:48
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi
16-04-2015, 12:40
Nərimanovda hesabat yığıncağı keçirilib