Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu universitetlərdə keçid balı aşağı salındı - SİYAHI
Tarix: 19-07-2017 | Saat: 13:26
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər


Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir. 
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.
Aşağıdakı cədvəllərdə həmin ixtisaslar, onların tədris olunacağı ali təhsil müəssisələri, eləcə də hər bir ixtisas qrupu üzrə ümumi müsabiqə şərtləri ilə tanış ola bilərsiniz.
Qeyd edək ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq "Abituriyent" jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.
Müsabiqə şərtləri:
Aşağıdakı cədvəllərdə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

I ixtisas qrupu üzrə:

Torpaqşünaslıq və aqrokimyaLənkəran Dövlət Universiteti
MeşəçilikLənkəran Dövlət UniversitetiQərb Universiteti
AqronomluqLənkəran Dövlət Universiteti
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyiNaxçıvan Dövlət Universiteti
Texnologiya müəllimliyiNaxçıvan Dövlət UniversitetiGəncə Dövlət Universiteti
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyiAzərbaycan Texnologiya Universiteti
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyiQərb Universiteti
Çoxişlənən malların texnologiyası mühəndisliyiAzərbaycan Texnologiya UniversitetiAzərbaycan Kooperasiya Universiteti
İstehlak mallarının ekspertizası və marketinqiAzərbaycan Texnologiya UniversitetiAzərbaycan Kooperasiya UniversitetiQərb UniversitetiAzərbaycan Dövlət Aqrar Universiteti
Poliqrafiya mühəndisliyiQərb Universiteti

II ixtisas qrupu üzrə:

MarketinqAzərbaycan Texnologiya UniversitetiMingəçevir Dövlət UniversitetiAzərbaycan Kooperasiya UniversitetiAzərbaycan Universiteti
Xəzər Universiteti
"Odlar Yurdu" Universiteti
Bakı Biznes Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
KommersiyaAzərbaycan Kooperasiya Universiteti
Regionşünaslıq (regionlar üzrə)Qərb UniversitetiXəzər UniversitetiBakı Avrasiya Universiteti
Turizm və otelçilikNaxçıvan Dövlət UniversitetiGəncə Dövlət UniversitetiMingəçevir Dövlət UniversitetiLənkəran Dövlət Universiteti
Bakı Dövlət Universitetinin Qazax filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
Azərbaycan Kooperasiya Universiteti
Qərb Universiteti
Xəzər Universiteti
"Odlar Yurdu" Universiteti
Naxçıvan Universiteti

III ixtisas qrupu üzrə:

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunmasıNaxçıvan Dövlət UniversitetiLənkəran Dövlət Universiteti
Sosial işNaxçıvan Dövlət UniversitetiGəncə Dövlət UniversitetiBakı Dövlət Universitetinin Qazax filialıAzərbaycan Universiteti
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

IV ixtisas qrupu üzrə:

BaytarlıqLənkəran Dövlət Universiteti
EkologiyaLənkəran Dövlət UniversitetiAzərbaycan Kooperasiya Universiteti
Xatırladaq ki, ixtisas qrupları üzrə ümumi müsabiqə şərtləri isə aşağıdakı formadadır:
I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır;II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır.



1 0418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___