Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bölgələrdə intensiv yağıntı olacaq - HAVA PROQNOZU
Tarix: 20-04-2022 | Saat: 16:21
Bölmə:Karusel / Gündəm | çapa göndər



Azərbaycan ərazisində aprelin 21-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 10-13°, gündüz 15-18°, Bakıda gecə 10-12°, gündüz 15-17° C isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 17-22°, dağlarda gecə 1-6°, gündüz 6-11° C isti olacaq.


Xəbəri paylaş

5698 dəfə oxunub.

Digər xəbərlər
8-05-2017, 10:22 Cəbhədən xəbər var

bütün xəbərlər
____ Instagram ___