Azərbaycanda toyda dəhşətli qətl: SƏBƏB MƏLUM OLDU - TƏFƏRRÜAT
Tarix: 06-07-2017 | Saat: 11:31
Bölmə:Karusel / Hadisə | çapa göndər
Dünən axşam saatlarında Qusar rayonunun Xurel kəndində törədilmiş dəhşətli qətl hadisəsinin şok səbəbi üzə çıxıb.Məlumata görə, kənddəki toy məclisində 1982-ci il təvəllüdlü kənd sakini Ağabəyov Ramik Adil oğlunun həmkəndlisi Ulubəyov İlqar Aydəmir oğlunu 20 manata görə öldürdüyü üzə çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, Ramik Ağabəyovla İlqar Ulubəyov qohumdur və onlar dünən həmkəndlilərinin toy məclisində bir masa arxasında oturaraq yeyib-içiblər. Birgə spirtli içki qəbul edən qohumlar daha sonra mübahisə etməyə başlayıblar. Səbəb isə İlqarın Ramikə verdiyi 20 manatı istəməsi olub. R.Ağabəyov qohumunun ona verdiyi borc pulu istəməsinə əsəbiləşib və onunla dava edib. O, masanın üstündəki şüşə butulkanı dəmir dirəyə vuraraq sındırıb və qırılmış butulka ilə İlqarın üzərinə hücum edib. ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq, Ramik Ağabəyov butulka şüşəsi ilə İlqarın boğazını kəsib. Şah damarı kəsilən və çoxlu qan itirən İlqar Ulubəyov xəstəxanaya aparılsa da, yolda keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
*****
5 iyul 22:50
Qusar rayonunda qətl hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xural kəndində baş verib.
Kənddə keçirilən toy məclisində aralarında yaranan mübahisə zəminində 1982-ci il təvəllüdlü kənd sakini Ağabəyov Ramik Adil oğlu həmkəndlisi Ulubəyov İlqar Aydəmir oğlunu sındırılmış şüşə butulka ilə vuraraq qətlə yetirib.
Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
Xəbəri paylaş
1 4368 dəfə oxunub.
Digər xəbərlər

6-06-2017, 12:04
Bakının mərkəzində olay: gənc oğlanın başına daş düşdü
11-11-2020, 16:03
Amerikalı tarixçi erməni yalanlarını üzə çıxardı
2-12-2016, 19:50
"Qarabağ"ın kapitanı: "Elə qələbədənsə, uduzmaq yaxşıydı"
27-12-2017, 10:26
Türkiyədə “anam-bacım” deyib boşanacaqlar
2-12-2021, 10:12
Şabranda 1 yaşlı uşaq tualetə düşərək öldü
13-01-2016, 13:03
Sən güclüsən, yoxsa "CV"in ?
14-03-2017, 22:51
1 milyon izləyicisi olan italyan gözəl-Silvia Caruso
22-12-2016, 21:31
Tarif Şurasından böyük güzəşt - Limit artırıldı
14-06-2015, 17:57
DİN: O videonu yayan polis əməkdaşı işindən azad olunub
5-05-2016, 10:34
Gəncədə bomba partladı - iki ölü