"Qarabağ"ın kapitanı: "Elə qələbədənsə, uduzmaq yaxşıydı"
Tarix: 02-12-2016 | Saat: 19:50
Bölmə:Karusel / İdman | çapa göndər
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Qəbələ" ilə görüşdən sonra yaranan söz-söhbətdən məyus olduğunu deyib.
"Xəbəraz.az "-ın "futbolinfo"ya istinadən məlumatına görə, Sadıqov müsahibəsində belə qələbəni arzulamadığını deyib. Həmin müsahibədən qısa bir sitatı sizin diqqətinizə çatdırırıq: "Olduqca məyusam. Bu cür söz-söhbətlə qalib gəlməkdənsə, kaş uduzaydıq. Allah şahiddi ki, "Qarabağ” heç vaxt hansısa oyuna getməyib. Nə qazanmışıqsa, alın tərimizlə, zəhmətimizlə əldə etmişik. Son illərdə belə keyfiyyətli futbol görməmişdim. Hər iki komanda fantastik oyun sərgilədi. O qədər taktiki, fiziki, texniki mübarizələr getdi ki... sadəcə, zövq alırdım. Qarşılaşmanı UEFA-dan gələn təlimatçıyla izləyirdim. O da etiraf etdi ki, Azərbaycan çempionatında bu cür oyuna şahidlik edəcəyini ağlından keçirmirmiş. "Qarabağ” da, "Qəbələ” də ölkəmizi Avropada ən yüksək səviyyədə təmsil edir. Bu komandaya hamımızın böyük simpatiyası var. Uğurlarına daim sevinmişik. Bilirəm ki, onlar da bizə qarşı eyni münasibətdədilər. Təəssüf ki, sonluq bu cür alındı. Heç ilk dövrədə Qəbələdən məğlub ayrılanda bu qədər məyus deyildim.
Üzümü hakimlərə tutub deyirəm: lehimizə 100 faizli penalti olanda da təyin etməyin! Qardaş, istəmirik. Alın yazımız nədirsə, ona da imza atacağıq. Dəxli yoxdu, çempion olacağıq, yoxsa digər əyarlı medala sahib çıxacağıq. Biz həmişə təmiz futbolun tərəfdarı olmuşuq".
Xəbəri paylaş
6738 dəfə oxunub.
Digər xəbərlər

15-06-2017, 15:09
Əsnəyəndə dərindən nəfəs alsanız...
7-01-2016, 16:24
"AZƏRLOTEREYA" DÖVLƏT ADINDAN SUİ-İSTİFADƏ EDƏN QUMAR ŞİRKƏTİDİR
19-05-2015, 14:41
Bakının "İnter" klubunun prezidenti: "Azərbaycan Beynəlxalq Bankı öz öhdəliklərini yerinə yetirmir"
20-08-2015, 11:48
"Google" istifadəçilərinə bəd xəbər
2-05-2017, 17:52
Dolların sabaha olan MƏZƏNNƏSİ
7-05-2016, 01:55
Bu qədər çətin olduğunu bilməzdim - Sadıqov
28-06-2016, 00:58
Ərdoğan Putinə zəng edəcək - Rəsmi
20-10-2017, 16:44
Prezident İlham Əliyev: "Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz"
22-03-2016, 18:30
İŞİD Belçikadakı qanlı terror aktlarını üzərinə götürdü
12-06-2021, 16:04
Əri onu atdı, məşhur müğənni ilə 6 il eşq yaşadı, avtoritetə vurulub həbsxanaya düşdü - Fədayə Laçının roman kimi həyatı