Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək
Tarix: 03-07-2017 | Saat: 11:42
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Dövlət İmtahan Mərkəzi iyulun 5-də 2017/2018-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada olmaqla saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmamalıdır.
Məlumat üçün bildirək ki, cari ildə rezidenturaya ərizə təqdim etmiş namizədlərdən 655 nəfəri imtahanın I mərhələsinin (9 aprel) müsabiqə şərtini ödəyərək (40 və daha çox bal toplayaraq) imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb. İkinci mərhələyə buraxılan namizədlərin 439 nəfəri qız, 216 nəfəri oğlandır. 586 namizəd Azərbaycan bölməsinin, 69 namizəd rus bölməsinin, 363 namizəd cari ilin, 292 namizəd isə əvvəlki illərin məzunudur, 1 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 633, Naxçıvan şəhərində isə 22 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunması üçün 11 imtahan rəhbəri, 83 zal nəzarətçisi ayrılıb.
3748 dəfə oxunub.
Digər xəbərlər

17-06-2015, 13:18
Malaziya "Boinqi"nin vurulma sirri açıldı
29-05-2018, 13:33
İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində
10-11-2015, 13:11
İnsan alveri ilə bağlı statistika açıqlandı
13-01-2017, 11:53
Naxçıvanda ağır qəza: ölən və yaralanan var
4-10-2018, 13:20
Türkiyədə şəhid olan hərbçilərin sayı 7-yə çatıb - YENİLƏNİB
22-01-2017, 18:55
Pul haqqında 7 səhv fikir
15-08-2018, 11:52
DİQQƏT! Bu ərazilərdə su olmayacaq
20-08-2015, 21:12
Ukrayna cüdoçusu: Avropa oyunlarındakı hərəkətimə görə hələ də utanıram
9-12-2017, 13:05
Qrizman yeni komandasını açıqladı
13-02-2016, 10:26
Sürücülər cəriməni hissə-hissə ödəsinlər - TƏKLİF + VİDEO