Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda qısqanc ər arvadının başını kəsdi - TƏFƏRRÜAT
Tarix: 03-05-2017 | Saat: 11:15
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda qısqanc ər arvadının başını kəsdi - TƏFƏRRÜAT

Dünən axşam saatlarında Mingəçevir şəhərinin Xətai prospekti 16 ünvanında baş vermiş dəhşətli qətlin bəzi detalları məlum olub. Həmin ünvanda anası və ailəsi ilə yaşayan Kənan Əzizovun həyat yoldaşı Günel Əzizovanı qısqanclıq zəminində qətlə yetirdiyi üzə çıxıb. Araşdırmalar zamanı məlum olub ki, K.Əzizov bir müddət imiş ki, xanımını evdən kənara çıxmağa qoymurmuş və onların arasında qısqanclıq səbəbindən münasibətlər tamamilə pozulubmuş. Dünən anasının evdə olmamasından istifadə edən K.Əzizov uşaqları həyətə oynamağa göndərib və daha sonra bıçaqla Günelin başını kəsərək öldürüb.

Artıq K.Əzizov tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



*****

20:33

Mingəçevirdə qətl hadisəsi törədilib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün 20.00 radələrində şəhərdə qeydə alınıb. Kənan Əzizov adlı şəxs ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətlin hansı səbəbdən törədildiyi və ölən qadının kimliyi hələ ki məlum deyil.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.


Xəbəri paylaş

7548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___