Manatla bağlı qərar - 2 faiz azaldı
Tarix: 22-06-2017 | Saat: 10:56
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Ötən gün Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilib.Iclasda 22 iyun 2017-ci il tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.
İdarə Heyətində qeyd edilib ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunmuş, ixracın artımı və idxalın azalması nəticəsində tədiyə balansı profisit mövqeyə keçib. Milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. Mərkəzi Bank monetar şəraitdə müəyyən kəmiyyət dəyişikliyi etsə də, mühafizəkar pul-kredit siyasətini davam etdirir və ilin ikinci yarısında iqtisadi və inflyasiya dinamikasından asılı olaraq uçot dərəcəsinin azaldılması potensialını qeyd edir.
Üzən məzənnə rejiminə keçdikdən sonra son 4 ayda valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyir, manatın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. İlin sonuna qədər manatın məzənnəsinin sabitliyini təmin edən qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində hər-hansı əhəmiyyətli dəyişikliklər proqnozlaşdırılmır.
Pul kütləsinin hədəflənməsi şəraitində Mərkəzi Bank ötən dövrdə çevik monetar siyasət həyata keçirib. Qəbul edilmiş pul proqramı çərçivəsində üzən məzənnə rejiminə keçidlə əlaqədar gözləntiləri nəzərə almaqla ilin əvvəlində Mərkəzi Bank pul bazasını məhdudlaşdırmış, manatın məzənnəsinin sabitləşməsindən sonra pul kütləsinin həcmini bərpa edib.
Xəbəri paylaş
6508 dəfə oxunub.
Digər xəbərlər

7-11-2015, 21:42
Eldar Mahmudovun 80 qohumu və yaxın adamı MTN-dən çıxarılıb
3-04-2016, 16:58
Tərtər və Ağdam ərazisində gedən döyülşlərdə yaralanan ƏSgərimiz
17-04-2017, 14:05
Azərbaycanda nazir müavini işləmiş qadın intihar etdi
26-10-2023, 09:28
Qarşısına çıxan hər kəsə atəş açdı: 22 ölü, 60 yaralı - FOTO
22-12-2015, 15:04
Əsas malların ixracında azalmalar belə olub
4-09-2022, 11:29
Zaqatalada meşədə yanğın törədən şəxs MÜƏYYƏN EDİLDİ
27-09-2017, 10:58
Azərbaycanda səfərdə olan Istanbul Türkiyə -Azərbaycan Dayanışma və Kültür dərnəyinin kollektivi Aşıq Şəmşir müzeyində olublar.
6-03-2017, 22:34
KİŞİLƏR, BİLİN: Bu hərəkətlər qadınları əsəbiləşdirir