Azərbaycanda ana 5 yaşlı yeganə övladını niyə öldürdü? - QAN DONDURAN TƏFƏRRÜAT
Tarix: 21-06-2017 | Saat: 12:32
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Qusarda 5 yaşlı qızın anası tərəfindən zəhərlənərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.Məlumata görə, Hil kəndində yerləşən fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luizanı zəhərləyəndən sonra peşman olubmuş. Belə ki, bir neçə gün əvvəl 5 yaşlı Luiza səhər saatlarında yuxudan qalxandan sonra anası ona yemək verib. Bu zaman qadın uşağa verdiyi südün içinə ziyanvericilərə qarşı istifadə edilən kimyəvi məhlul qarışdırıb. Az sonra uşağın halı pisləşib. Bunu görən Gülnarə ferma sahibinin yanına qaçaraq kömək istəyib və onun maşını ilə uşağı Qusar xəstəxanasına çatdırmağa çalışıblar. Lakin artıq gec olub, 5 yaşlı qız yolda keçinib. Xəstəxanadakı müayinədən sonra uşağın öldüyü dəqiqləşib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəyyən şübhələr olduğundan uşağın qanından və digər toxumalardan nümunələr götürülərək ekspertizaya təqdim edilib. Ekspertizanın nəticəsi azyaşlının zəhərlənməsini üzə çıxarıb.
Dünən Luizanın anası Gülnarə Saypullayeva izahat verməsi üçün çağırılıb və bu zaman o, törətdiyi cinayəti etiraf edib. Lakin qadın yeganə övladını niyə öldürməsinə məntiqi izah tapa bilməyib: “Birdən eynimə düşdü, qəfil qərara gəldim ki, uşağı zəhərləyim”.
Qadının psixoloji vəziyyətini qiymətləndirmək üçün müvafiq ekspertiza təyin edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
7598 dəfə oxunub.
Digər xəbərlər

28-05-2018, 12:21
1918-ci illər Azərbaycan tarixində önəmli illərdən biri kimi yazılıb : Aqil Acalov
13-05-2015, 16:32
Onun üzərində 1 kiloqramdan artıq heroin və həşiş aşkarlanıb.– VİDEO
26-11-2015, 12:19
Hamiləlikdə çox kökəlməmək üçün TÖVSİYƏLƏR
12-12-2022, 12:38
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
22-11-2021, 11:30
Əhaliyə ŞAD XƏBƏR! Uşaqlar üçün verilən pulun məbləği artacaq
1-05-2019, 18:55
BŞİH iki mitinqə icazə vermədi
13-11-2023, 10:31
Bakı avtovağzalında dəhşətli cinayət: Girişdə... - FOTO
9-01-2019, 12:14
Bakıda gözəllik salonunda qadın keçmiş əri tərəfindən bıçaqlandı
31-07-2020, 10:54
Hadisənin gizli saxladığı sevgilisi birlikdə fotolarını paylaşdı