Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
1918-ci illər Azərbaycan tarixində önəmli illərdən biri kimi yazılıb : Aqil Acalov
Tarix: 28-05-2018 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm / Gənclərimiz | çapa göndər



Xəbəraz.Az xəbər verir ki,Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti, ictimai fəal, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı fikirlərini bölüşüb.

Şərqdə ilk demokratik respublika olan cəmi 23 ay müstəqillik dövrünü yaşasada məs bu illərdən bir çox insanlar günümüzə qədər gəlməkdədir. 1918-ci illər Azərbaycan tarixində önəmli illərdən biri kimi yazılıb və bu tarixdə M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və başqalarının çox böyük rolu olmuşdur. Xalqımızın qəddar düşməni Şaumyan Bakıda azərbaycanlıların silahlarını əllərindən alır erməniləri silahlandırırdı. 1918-ci il martın 27-si, 28-i və 29-da silahlı ermənilər Bakı şəhərində müsəlmanları qırmağa başladılar. Daşnaklar, hətta uşaqlara, körpələrə, qocalara da rəhm etmirdilər. Üç gün davam edən qırğın zamanı təkcə Bakıda on mindən artıq adam qırılmışdı. Azərbaycanın digər şəhər və kəndlərində 50 minə qədər azərbaycanlı öldürülmüşdü. 1918-ci il mayın 28-də Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. 34 yaşlı Məmməd Əmin Rəsulzadə hökümət başçısı seçildi. Bu zaman Bakıda hələ də Şaumyan höküməti ağalıq edirdi. Odur ki təzəcə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti höküməti Gəncə şəhərində yerləşirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. Əlimərdanbəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir. Rusiyada çar üsul-idarəsinin ləğvi, baş verən fevral və oktyabr çevrilişləri, Birinci Dünya müharibəsinin fəsadları və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma meydanına çevirmişdi. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha da gərginləşdirirdi. İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır. Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Hər bir ölkənin üzləşdiyi çətin, keşməkeşli anlar olub lakin bütün bunlardan cıxış yolunu isə elə bir rəhbər etməlidir ki,həm ölkəsinə,həmdə xalqına rifah yaratsın. Bu söylədiyim sırf Azərbaycana aitdir XX əsr Azərbaycan xalqına ümummilli liderimiz Heydər Əliyev kimi dahi, müdrik zəka sahibi, xalqımızın iftixarı, dünya şöhrətli bir siyasətçi bəxş etdi. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin birinci şəxs kimi Azərbaycana rəhbərliyini üç dövrə bölmək olar. Birinci dövr - 1969-1982-ci illər.
Bu dövr sovet hakimiyyəti illərinə təsadüf edir, yəni Azərbaycanın SSRİ-nin tərkibində “müstəqil, suveren” respublika hesab edilirdi. Həmin dövrdə respublikamız ittifaq hakimiyyətinin tabeçiliyində olsa da, Heydər Əliyev zəkasının qüdrəti, dövlət idarəçiliyində təşkilatçılıq bacarığı, iqtisadiyyatı tənəzzüldən qurtardı, geridə qalmış respublikanı qabaqcıllar sırasına çıxardı, qayda-qanun, ciddi nizam-intizam yaratdı. 1990-cı illərin əvvəllərində Azərbaycanın üstünü qara buludlar almışdı. Ölkə xaos, anarxiya girdabına salınmışdı. Cəbhədəki uğursuzluqlar, daxildəki siyasi və hərbi qarşıdurmalar yenicə müstəqillik qazanmış respublikamızı vətəndaş müharibəsi astanasına sürüklədi. Təkcə onu demək kifayətdir ki, 1990-93-cü illər ərzində üç nəfər dövlət başçımız dövlət idarəçiliyini və prezident kürsüsünü başsız qoyub qaçmışdılar. Azadlıq hərəkatı dalğasında hakimiyyətə gəlmiş AXC-Musavat cütlüyünün bir illik səriştəsiz rəhbərliyi nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsilə üzləşdi. Şimalda və cənubda baş qaldıran separatizm ölkəni parçalamağa doğru aparırdı. Gəncə hadisələri Əlikram Hümbətov və Surət Hüseynov faktorları vəziyyəti son dərəcə gərginləşdirmişdi.
4 iyun 1993-cü ildə Gəncə şəhərində baş vermiş hadisələr qardaş qanı axıdılması isə dövləti tam iflic vəziyyətinə salmışdı. Xalq bu dar ayaqda öz böyük oğlu ulu öndər Heydər Əliyevə üz tutdu, onun xilaskar qüdrətinə bel bağladı. Maraqlıdır ki, həmin vaxt (başını itirmiş) AXC-Musavat iqtidarı da ulu öndəri Bakıya dəvət edir və xilas yolunu yalnız onun siyasi hakimiyyətə qayıdışında görürdülər. Lakin Heydər Əliyev Naxçıvana onu gətirməyə gedən iki təyyarəni geri qaytarmış ve demişdi ki, mən bütün vəzifələri görmüşəm, bundan sonra mənə heç bir vəzifə lazım deyil. Bu müdrik, uzaqgörən insan o vaxt bizim bu gün yaşadığımız cəmiyyəti nəzərdə tuturdu. Həmin illərdə ölkəmizdə gedən elan olunmamış Qarabağ müharibəsi, daxildəki qarşıdurmalar, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri, dövlət çevrilişinə cəhdlər ölkəmizdəki vəziyyəti bir az da ağırlaşdırırdı. Hətta o illərin siyasi dünya ədəbiyyatı və mətbuatında Azərbaycan haqqında çox bədbin proqnozlar verilir, tənəzzülə uğrayan və dövlətçiliyini itirmək astanasında olan ölkə kimi xarakterizə olunurdu. Lakin Heydər Əliyevin dərin zəkası, güclü siyasi fəhmi, polad iradəsi və dövlətçiliyi idarəetmədə fitri istedadı qısa zaman kəsiyində tarixin axarını dəyişdi və bədbin proqnozların əksini sübut etdi. Ulu öndər çox çəkmədi ki, gecəsini gündüzünə calayıb ölkənin daxili və xarici siyasət kursu ətrafında milli həmrəyliyi təmin etdi, daxili siyasi təhlükəsizlik vəziyyətini sabitləşdirdi, nizami ordu yaratdı, düşmənə sarsıdıcı zərbələr endirildi və Ermənistan atəşkəsə vadar edildi. Ölkəmiz xaosdan, anarxiyadan qurtuldu. Çox çətinliklə də olsa, yalnız ulu öndərin sayəsində müstəqilliyimiz qorunub saxlanıldı. Tarixi təcrübədən məlumdur ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq və əbədiləşdirmək ondan qat-qat çətin və mürəkkəbdir. Məlumdur ki, hər bir ölkənin inkişafı, gələcəyi, müqəddəratı və sabitliyi onun qanunvericiliyinin mükəmməlliyi ilə ölçülür.


Xəbəri paylaş

1 2548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___