Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ata-anasını yatan yerdə baltalayıb - Sonra meyiti doğrayıb...
Tarix: 10-06-2017 | Saat: 10:57
Bölmə:Karusel / Hadisə | çapa göndər

Ata-anasını yatan yerdə baltalayıb


Masallının Miyankü kəndində baş verən dəhşətli qətllə bağlı bəzi məqamlar məlum olub. Məlumata görə, Azər Ağayev həyat yoldaşı Asudə Ağayeva ilə birgə öz ata-anasını yatan yerdə baltalayıb.
3 gün valideynlərinin cəsədini evdə saxlayan oğul dünən onları tövlədə basdırmağa qərar verib. Ən dəhşətlisi odur ki, həmin yer kiçik olduğu üçün Azər ata-anasının cansız bədənini balta ilə doğrayıb, daha sonra üstünə beton töküb.
Hadisə şahidləri bildirib ki, oğul əməllərini ört-basdır etmək üçün valideynlərinin yoxa çıxması ilə bağlı polisə məlumat verib. Polis isə Azər Ağayevdən şübhələnib və dünən axşam keçirilən əməliyyat nəticəsində Etibar Ağayev və xanımı Rəfiqə Ağayevanın meyiti həyətdəki tövlədən çıxarılaraq ekspertizaya göndərilib.
Oğlu tərəfindən qəddarcasına qətlə yetirilən Etibar Ağayevin bir qızı da var. Başqa kəndə gəlin köçən qıza Azər valideynlərini Rusiyaya göndərdiyini bildirib. Ağayevlərin hamilə olan yeganə qızı hələ də bu dəhşətdən xəbərsizdir.
Qeyd edək ki, Azərlə Asudənin 3 uşağı var. Cütlük hadisəni ailə münaqişəsi zəminində törətdiyini etiraf edib.


Xəbəri paylaş

7678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___