Azərbaycan yığması Monteneqroya uduzdu
Tarix: 10-10-2020 | Saat: 20:28
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / M2 | çapa göndər
Azərbaycan milli komandası növbəti oyununu keçirib.
"Xeberaz.Az" xəbər verir ki, Millətlər Liqasının C liqasının 1-ci qrupunda yer alan yığmamız Monteneqro ilə görüşüb.
Canni de Byazinin yetirmələri III turun oyununu səfərdə keçirib. I dövrənin son matçı Podqoritsa şəhər stadionunda baş tutub.
Görüş komandamız üçün uğursuz başlayıb. Meydan sahibləri erkən qolla hesabda önə keçib. Künc zərbəsindən sonra əhatəsində olduğu müdafiəçiləri üstələyən Stevan Yovetiç qarşılaşmada hesabı açıb.
Bunadək evdə Lüksemburqa uduzub (1:2), səfərdə Kipri məğlub edən (1:0) yığmamızın məğlubiyyətdən qaçmaq səyləri faydasız olub. Əvəzində Bəhlul Mustafazadənin kobud səhvindən sonra meydan sahibləri ikinci qola imza atıblar. Beləliklə, millimiz ikinci məğlubiyyətini 2 cavabsız qolla alıb.
Qrupun digər matçında Lüksemburq Kipri qəbul edib. Bu görüşdə də meydan sahibləri qələbə qazanıb – 2:0.
Qeyd edək ki, növbəti oyununa oktyabrın 13-də çıxacaq komandamız Kiprlə görüşəcək. Millimiz ev matçını Albaniyanın Elbasan şəhərində keçirəcək.
Xəbəri paylaş
6818 dəfə oxunub.
Digər xəbərlər

22-01-2016, 13:04
İdmançıların qələbə sevincini siz hələ belə görməmisiz VİDEO
29-11-2016, 13:56
"Tarif Şurasının qərarları sosial ədaləti tənzimləyəcək"
15-11-2019, 14:39
Şənbə günü sulu qar, qar yağacaq - PROQNOZ
26-10-2015, 22:26
Prezident fərman imzaladı
2-08-2015, 23:41
Azərbaycanın ən məşhur Zaurunun ad günüdür (FOTO)
22-08-2021, 15:21
Millət vəkilinin kürəkəni bir milyon dollardan çox məbləğlə dələduzluqda ittiham olunur – FOTO
7-07-2016, 06:04
Ana bətnində əkizlərdən biri digərini necə yeyir?
30-09-2022, 13:15
Sabah 33 dərəcəyədək isti olacaq
23-05-2015, 20:41
Samsung “Samsung Galaxy A8” və “CHOPİN-LTE” istehsalına başlayır