Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ucuz evlərə görə insanlar "ASAN xidmət"ə axın etdi - FOTO
Tarix: 30-05-2017 | Saat: 16:32
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər


"ASAN Xidmət" mərkəzlərində güzəştli mənzil əldə etmək istəyənlərin qeydiyyatı başlayıb.
Bu barədə "ASAN xidmət" Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov  açıqlamasında deyib.
"Mayın 30-dan etibarən Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) "ASAN xidmət" mərkəzlərində ( I, III, V saylı) və Sumqayıt "ASAN xidmət" mərkəzində güzəştli mənzilləri əldə etmək istəyən şəxslərin elektron qeydiyyatını həyata keçirəcək".
MİDA-nın mətbuat xidmətinin rəhbəri Diana Dadaşova açıqlamasında deyib: "Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. "Elektron hökumət" portalında "Güzəştli mənzil" sisteminə gücləndirilmiş elektron imza ilə müraciət edən vətəndaşların fərdi məlumatlarının mühafizəsini, portal vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir".
Vətəndaşlar "Elektron İmza"nı və ya "Asan İmza"nı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya "ASAN xidmət" mərkəzlərindən əldə edə bilərlər.
Şəxsi elektron kabinetin yaradılması vətəndaşın güzəştli mənzil almaq hüququnu təsdiq edir və mənzil alana qədər qüvvədədir. Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız 1 dəfə istifadə edə bilər.
"Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malik olacaqlar.





Xəbəri paylaş

7438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___