Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Planetin ən yaxşı komandası ünvanının sahibi dəyişir
Tarix: 29-03-2017 | Saat: 16:04
Bölmə:Karusel / İdman | çapa göndər

Planetin ən yaxşı komandası ünvanının sahibi dəyişir

Dünyanın ən yaxşı milli komandası ünvanının sahibi dəyişir.FİFA reytinqinin aprelin 6-da açıqlanacaq yeni siyahısında lider dəyişikliyi olacaq.

Bunun indidən dəqiqləşməsinə DÇ-2018-in seçmə mərhələsinin martda keçirilən qarşılaşmaları səbəb olub. Bu gecə Boliviyaya 0:2 hesabı ilə uduzan Argentina zirvəni əldən verir.

Lionel Messi və komanda yoldaşları 2016-cı ilin aprelindən qərarlaşdığı taxtdan elə rəsmən apreldə salınacaq. Çünki 12 ay planetin 1-cisi olan cənubi amerikalılar martdakı siyahıda 1644-ə bərabər olan aktivini 1603-ə endirib. Çilini 1:0 hesabı ilə yenib, boliviyalılara uduzması 41 xal itkisi ilə nəticələnib.

Planetin ən yaxşısı adının isə Braziliyaya keçəcəyi dəqiqləşib. “Pentakampeonlar” 1534-ə bərabər əmsalını 1661-ə qədər yüksəldib. 8 gündən sonra təsdiqini rəsmi cədvəldə tapacaq bu xal artımı Uruqvayı 4:1, Paraqvayı 3:0 hesabı ilə yenmək sayəsində gerçəkləşib.

Nəticədə 2010-cu il iyulun 14-də 1-ci pilləni əldən verən Braziliya təxminən 7 ildən sonra yenidən taxta çıxacaq. 81 aydan sonra reytinqə görə dünyanın ən yaxşısı olacaq “sambaçılar” əzəli və prinsipial rəqibi Argentinanı mövqeyindən məhrum edir.

Siyahının 3-cü pilləsindəki Almaniyanın mövqeyi isə dəyişməz qalacaq. Son dünya çempionu İngiltərəni yoxlama oyununda 1:0, Azərbaycanı seçmə matçında 4:1 hesabı ilə yensə də 1443-ə bərabər hesabını 1464-dən çox qaldıra bilməyəcək.

Qeyd edək ki, yeni siyahıda hesabında 386 xal olacaq Azərbaycan yığmasının aprelin 6-dakı mövqeyi ilə bağlı təxminlər açıqlanmayıb. Amma 6 xal qazanan millimizin son siyahıda qərarlaşdığı 89-cu pillədə ciddi dəyişiklik olacağı gözlənilmir.


Xəbəri paylaş

6448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___