Azərbaycanda uzunömürlülüklə bağlı tədqiqatlar başlayacaq
Tarix: 15-05-2017 | Saat: 14:26
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu qocalmanın biologiyası, xarici mühit faktorlarının insan həyatının uzunluğuna təsirinin kompleks qiymətləndirilməsi üzrə nailiyyətləri olan Rusiyanın Biotənzimləmə və Herontologiya İnstitutu ilə əməkdaşlıq etməyi planlaşdırır.
Xəbəraz.az xəbər verir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
Onun sözlərinə görə, Biotənzimləmə və Herontologiya İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, akademik Vladimir Xavinsonla əməkdaşlıq institutun perspektiv tədqiqat planları üçün çox vacibdir.
U.Həşimova bildirib ki, tədqiqatlar ilk növbədə uzunömürlülüyə genetik meyilliliyin təyin edilməsini, ömrün uzunluğu və ya orqanizmin “köhnəlməsi” ilə korrelyasiya edən markerlərin aşkarlanmasını əhatə edəcək:
“Başqa bir cəlbedici istiqamət ahıl insanların həyat keyfiyyətini artırmaq üçün institutda işlənib hazırlanmış peptid biotənzimləyicilərinin öyrənilməsidir. Bu peptidlərin pasientlər üçün faydalı olması haqda müəyyən nəticələr artıq əldə edilib. Əgər biz eksperimental baza yarada bilsək, peptidlərin bəzi imkanlarının tədqiqatlarını burada - Azərbaycanda reallaşdıra bilərik”.
U.Həşimova bildirib ki, institutla yeni əməkdaşlıq Azərbaycanın mütəxəssislərinin yeni texnologiyalara yiyələnmək üçün Sankt-Peterburqa səfər etməsinə, eyni zamanda Rusiya alimlərinin azərbaycanlı həmkarlarının elmi ekspedisiyalarına cəlb edilməsinə şərait yaradacaq
Xəbəri paylaş
6288 dəfə oxunub.
Digər xəbərlər

21-04-2018, 20:22
Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi
26-08-2021, 01:06
Mehriban Əliyeva üçün ÖZƏL GÜN - FOTOLAR
22-04-2021, 11:18
Vilayət Eyvazov daha bir polis zabitini Lənkərandan Sumqayıta gətirdi
25-01-2017, 21:28
Yol polisi piyadalara qarşı ciddi tədbirlər görəcək
10-03-2016, 10:34
Maaşlar yeni cədvəllə hesablanacaq
5-10-2020, 12:10
Cəbrayılda ələ keçirilən düşmən texnikası - FOTOLAR
15-09-2019, 12:39
Uşaq bağçalar təhsil nazirliyinə qaytarılır? - GƏLİŞMƏ
27-05-2016, 15:58
Polis rəisi qəzaya düşdü
12-07-2021, 16:03
Əxlaqsızlıq yuvasında infarkt keçirən 73 yaşlı - Özünə qız seçdi və...
19-05-2020, 08:46
"Bayer" səfərdə "Verder"i darmadağın etdi