Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda uzunömürlülüklə bağlı tədqiqatlar başlayacaq
Azərbaycanda uzunömürlülüklə bağlı tədqiqatlar başlayacaq15-05-2017, 14:26. Yazar: Xeberaz |
Xəbəraz.az xəbər verir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib. Onun sözlərinə görə, Biotənzimləmə və Herontologiya İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, akademik Vladimir Xavinsonla əməkdaşlıq institutun perspektiv tədqiqat planları üçün çox vacibdir. U.Həşimova bildirib ki, tədqiqatlar ilk növbədə uzunömürlülüyə genetik meyilliliyin təyin edilməsini, ömrün uzunluğu və ya orqanizmin “köhnəlməsi” ilə korrelyasiya edən markerlərin aşkarlanmasını əhatə edəcək: “Başqa bir cəlbedici istiqamət ahıl insanların həyat keyfiyyətini artırmaq üçün institutda işlənib hazırlanmış peptid biotənzimləyicilərinin öyrənilməsidir. Bu peptidlərin pasientlər üçün faydalı olması haqda müəyyən nəticələr artıq əldə edilib. Əgər biz eksperimental baza yarada bilsək, peptidlərin bəzi imkanlarının tədqiqatlarını burada - Azərbaycanda reallaşdıra bilərik”. U.Həşimova bildirib ki, institutla yeni əməkdaşlıq Azərbaycanın mütəxəssislərinin yeni texnologiyalara yiyələnmək üçün Sankt-Peterburqa səfər etməsinə, eyni zamanda Rusiya alimlərinin azərbaycanlı həmkarlarının elmi ekspedisiyalarına cəlb edilməsinə şərait yaradacaq Geri dön |