Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İranda güclü zəlzələ: 3 nəfər öldü, 225 nəfər xəsarət aldı - YENİLƏNİB
Tarix: 14-05-2017 | Saat: 10:44
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


09:15
Xəbəraz.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 22.31-də (Bakı vaxtı ilə 22.01-də) qeydə alınıb.
Zəlzələnin episentri İranın Bocnurd şəhərindən 42 km şimalda, yerin səthindən 12,4 km dərinlikdə qeydə alınıb. Təkanlar nəticəsində Şimali Xorasan əyalətinin inzibati mərkəzi  olan Bocnurd şəhərində bir neçə bina uçub. Bölgənin bir neçə yaşayış məntəqəsində də evlərin uçduğu bildirilir. 
----------
09:04
İranla Türkmənistanın sərhədi yaxınlığında baş verən zəlzələ nəticəsində azı 3 nəfər həlak olub və daha 225 nəfər xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, yeraltı təkanlar nəticəsində elektrik enerjisi, qaz və su təchizatı pozulub, əhalisinin bir hissəsi rabitəsiz qalıb.
Təbii fəlakət yerində təcili tibbi yardım briqadaları və xilasedicilər işləyir.
Daha əvvəl Türkmənistan və İran sərhədi yaxınlığında 5,8 bal gücündə zəlzələnin baş verdiyi haqda məlumat verilib.


Xəbəri paylaş

6878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___