Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Binəqədi rayonunda qıza qarşı soyğunçuluq edən iki gənc saxlanıldı
Tarix: 21-04-2015 | Saat: 14:34
Bölmə:Karusel / Hadisə / M2 / Fotogalereya | çapa göndər

Binəqədi rayonunda qıza qarşı soyğunçuluq edən iki gənc saxlanıldı
Onlar günahı bir-birilərinin üstünə atıblar.

Bakının Binəqədi rayonunda qıza qarşı soyğunçuluq edən iki gənc saxlanılıb.

Xeberaz.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə “Azadlıq” metrosunun yanında baş verib.

Neftçala rayon sakini 22 yaşlı İsmət Abbasov və 20 yaşlı Röyal Mehdiyev, Türkan Məmmədovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinərək saxlanılıblar. Saxlanılan şəxslər istintaqa ifadələrində törətdikləri əməli etiraf ediblər.

Belə ki, pula ehtiyacları olduğu üçün bu yola əl atdıqlarını deyən İsmət Abbasov zərərçəkmişi 155 saylı marşrut avtobusunda müəyyənləşdirdiklərini deyir. Zərərçəkmiş Türkan Məmmədova “Azadlıq” metrostansiyasının yaxınlığında marşrutdan düşüb. Dostlar da onun arxası ilə gediblər. Qız ara küçəyə girəndə dostlar öz əməllərini həyata keçiriblər, onun planşetini əlindən alıblar.

Onlar polisə verdikləri ifadələrində günahı bir-birilərinin üstünə atıblar.

Polis qarət olunan planşeti maddi sübut kimi götürüb. Faktla bağlı Binəqədi rayon polis idarəsinin istintaq şöbəsində saxlanılan hər iki şəxs barəsində Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar aparılır.


Xəbəri paylaş

7758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___