Azərbaycan prezidentinə ağır itki
Tarix: 06-05-2017 | Saat: 18:29
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəraz.az-ın Modern.az saytına istinadən məlumatına görə, Rəfiqə Əliyeva bu gün – mayın 6-da dünyasını dəyişib.
Qeyd edək ki, Rəfiqə Əlirza qızı Əliyeva Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin bacısı, ölkənin hazırki prezidenti İlham Əliyevin bibisidir.
Mərhum Rəfiqə xanım məşhur modelyer Fəxriyyə Xələfovanın anasıdır. R.Əliyeva Azərbaycan baş nazirinin keçmiş müavini, sabiq deputat, mərhum Rafiq Xələfovun həyat yoldaşı olub.
Akademik Rəfiqə Əliyeva 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirib, 1970-ci ildə kimya sahəsi üzrə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.
R.Əliyeva vəfat edənədək Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının professor idi, 2001-ci ildən təşkil edilmiş “Ekoloji kimya və ətraf mühitin mühafizəsi”elmi-tətqiqat laboratoriyasını rəhbərlik edirdi. O, Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvü idi.
Bir çox elmi məqalə, monoqrafiya, patent, dərs vəsaiti və kitabların müəllifi olan Rəfiqə Əliyeva 18 elmlər namizədi və 2 elmlər doktoruna rəhbərlik edib.
“Şöhrət” ordenli əməkdar elm xadim R.Əliyeva müxtəlif mükafatlara layiq görülüb.
85 yaşlı professor Rəfiqə Əliyeva 2014-cü ilin iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi üzv seçilmişdi.
Allah rəhmət eləsin...
Xəbəri paylaş
1 6428 dəfə oxunub.
Digər xəbərlər

30-11-2019, 16:50
Bakı-Sumqayıt yolunda QƏZA - 4 maşın bir-birinə girdi (VİDE)
11-05-2018, 12:09
23 yaşlı gəlin itkin düşüb - Ata evinə getmək adı ilə çıxmışdı - FOTO
14-04-2021, 15:11
“Ermənilərin Bakı, Sumqayıt və Gəncəyə qayıtmasına razılıq verməliyik” – Natiq Cəfərli
7-02-2017, 10:37
Ana azyaşlı övladı ilə birgə intihara cəhd etdi - Bakıda
18-10-2018, 17:00
Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!
25-06-2015, 20:45
Rusiyanın bu şəhəri su altında qaldı (VİDEO, FOTO)
19-03-2015, 20:45
İlham Əliyev Gəncədən olan həmin oğlanı qəbul etdi – FOTO + VİDEO
6-12-2016, 19:05
Qaraçay çayı məcrasını dəyişdi: Qubada evlər uça bilər - FOTO