Qaraçay çayı məcrasını dəyişdi: Qubada evlər uça bilər - FOTO
Tarix: 06-12-2016 | Saat: 19:05
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Quba rayonunda Qaraçay çayı məcrasını dəyişib, nəticədə 10-a yaxın ev uçmaq təhlükəsi ilə üzləşib.
"Xəbəraz.az "report-a istinadən xəbər verir ki, karxanaların fasiləsiz fəaliyyəti isə torpaq sürüşməsini daha da aktivləşdirib.
Qubanın II Nügədi kəndi, 6-cı məhəllənin sakini Şirəli Süleymanov deyir ki, 2010-cu ildə kəndi sel sularından qorumaq üçün beton sədlər tikilib: "Ancaq hazırda kəndin yaxınlığından keçən Qaraçay çayı məcrasını kənar müdaxilələr nəticəsində dəyişərək beton səddin yanından axmaqla onu yuyur.
Nəticədə beton sədd 10 metr uzunluqda aşıb. İndi kəndi həm sel, həm də sürüşmə təhlükəsi gözləyir".
Kənd sakinləri bununla bağlı hansı quruma müraciət etsələr də, indiyədək onların vəziyyəti ilə maraqlanmadıqlarını deyirlər.
Quba rayon Suvarma Sistemləri İdarəsindən report-a vəziyyətdən xəbərdar olduqlarını və bununla bağlı nazirliyə rəsmi məlumat verildiyini bildiriblər.
Quba Rayon İcra Hakimiyyəti başçısının II Nügədi kəndi üzrə nümayəndəsi Dəyanət Hacıyev report-a cari ilin sentyabrından bu cür vəziyyətin yarandığını vurğulayıb: "Bununla bağlı lazımi təşkilatlara məlumat verilib. Ümidvarıq ki, bütün aidiyyəti qurumlar bədbəxt hadisə baş vermədən təhlükəni aradan qaldıracaqlar".
Xəbəri paylaş
7268 dəfə oxunub.
Digər xəbərlər

7-01-2017, 10:44
Dövlət Komitəsindən Quba məhkəməsində baş verənlərə REAKSİYA
13-09-2017, 11:03
Gürcüstanın Azərbaycana olan borcu azalıb
21-05-2017, 12:12
Şəkidə 37 yaşlı kişi qaynı tərəfindən döyülüb
15-09-2019, 12:39
Uşaq bağçalar təhsil nazirliyinə qaytarılır? - GƏLİŞMƏ
27-05-2016, 21:38
Poroşenko təsdiq etdi: Rusiya KİV-nə böyük zərbə
19-10-2017, 13:57
Arif Quliyev müğənniliyə başladı – Bu da yeni mahnısı - VİDEO
13-06-2022, 10:45
Pensiya alanların nəzərinə - Sabah...
18-06-2015, 15:50
Zorlanaraq öldürülən qızın atası: “Qatili mənə verin” (TƏFƏRRÜAT, FOTO)
5-02-2016, 14:30
“Əli Kərimli haqda şok açıqlama - 16 il əvvəlki görüş
29-01-2020, 20:26
Baş Prokurorluq və DİN Bakıda nəvələrini öldürüb intihar edən qadınla bağlı məlumat yaydı - YENİLƏNİB + FOTO