Gül bayramı yeni formatda keçiriləcək - Meriyadan AÇIQLAMA
Tarix: 26-04-2017 | Saat: 12:03
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Görkəmli dövlət xadimi, mərhum Heydər Əliyevin doğum günü ilə bağlı hər ilin 10 may tarixində keçirilən Gül bayramı bu il təmtəraqlı təşkil olunmayacaq.
Əvvəlki illərdə Bakıda, Heydər Əliyev Sarayın qarşısında və “Qış bulvarı”nda keçirilən bayram hazırlıqları aprelin ortasından başlayırdı. Müxtəlif dekorasiyalar qurulur, Bakı meri Hacıbala Abutalıbovun göstərişilə xarici ölkələrdən al-əlvan güllər gətirilirdi. Aprelin sonu olmasına baxmayaraq, bu il hər hansı hazırlıq işləri getmir...
"Xəbəraz.az "-ın Modern.az-a istinadən xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, Gül bayramı yeni formatda qeyd ediləcək:
“Mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq. Hər il mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurub və bununla bağlı şəhər İcra Hakimiyyətinə çoxsaylı vətəndaş təşəbbüsləri daxil olub. Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib. Şəhərin rayonlarının geniş ictimaiyyətinin və icra hakimiyyəti strukturlarının iştirak edəcəyi əmək və Gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparacaq”.
Meriyadan bildirilib ki, builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək. İnsanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar.
Xatırladaq ki, 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirlmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın “Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi.
Qeyd edək ki, Gül bayramı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsüdür.
Xəbəri paylaş
1 7478 dəfə oxunub.
Digər xəbərlər

1-05-2016, 11:04
Türkiyədə 2035-ə qədər baş verəcək hadisələr - Video
28-08-2016, 09:39
ŞOK: Oğulları və əri qadını fahişəliyə məcbur etdi
31-12-2015, 16:35
Bakıda 160 minə yaxın pirotexniki vasitə aşkarlandı
19-04-2017, 13:28
Soğan qabığını suda qaynadın, sonra... - İNANILMAZ FAYDALARI
9-08-2018, 12:31
Qarpız tumlarından möcüzəvi eliksir
8-07-2017, 12:35
Ağdaşda dəhşətli qəza-Ailənin beş üzvü xəsarət alıb
1-07-2016, 21:48
Ukrayna təyyarələri Azərbaycanda yığılacaq?
14-01-2017, 21:58
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
4-03-2023, 13:18
Rəşad Dağlının həbs müddəti uzadıldı
14-07-2021, 13:12
Bakıda zəncirvari qəza: Üç maşın və avtobus bir-birinə çırpıldı – VİDEO