Bakıda polis “Facebook” vasitəsilə intihar edən şəxsi xilas edib – FOTO
Tarix: 25-04-2017 | Saat: 13:13
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Bakıda polis əməkdaşının ayıq-sayıqlığı, xidməti vəzifəsinə vicdanla və məsuliyyətlə yanaşması bir insan həyatının xilas edilməsi ilə nəticələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu qəsəbə sakini, 38 yaşlı Şaiq İsgəndərov bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə öz fikirlərini paylaşaraq intihar etmək istədiyini bildirib. O, bu statusu yazandan sonra otağında özünə kəsici alətlə xəsarətlər yetirməyə başlayıb.
Ş.İsgəndərov intihara cəhd şəkillərini sosial şəbəkələrdə paylaşandan sonra huşunu itirir. Bu zaman sosial şəbəkədə Şaiqi izləyənlərdən biri Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə zəng edərək Sabunçu qəsəbəsində ünvanı dəqiq məlum olmayan şəxsin “Facebook”da status yazaraq intihar etmək istədiyi barədə verdiyi məlumat ərazi üzrə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə ötürülür. Bölmə əməkdaşları həmin şəxsin həyatını xilas etmək üçün təcili axtarışlara başlayır.
Bölmə əməkdaşları intihar etmək istəyən şəxslə əlaqə saxlayan zaman o, yaşadığı evin ünvanını bilərəkdən səhv deməklə yanaşı, mənzilin giriş qapısının rəngini də olduğu kimi deməyib. Bu səbəbdən polislər Ş.İsgəndərovun həyatını xilas etmək üçün həmin küçədəki bütün mənzillərin qapılarını döymək məcburiyyətində qalıblar. Hətta bəzi vətəndaşlar sosial şəbəkələrdə yazılan xəbərə bu cür operativ reaksiya göstərdiklərinə görə polisləri qınayıblar da. Amma ortada insan həyatı olduğundan bölmə əməkdaşları Ş.İsgəndərovun axtarışlarını sona qədər aparıblar.
Ş.İsgəndərovla eyni mənzildə yaşayan qardaşı Vüqar İsgəndərov onun qonşu otaqda canına qəsd etdiyindən xəbərsiz olub. Hadisənin baş verdiyi evi ilk olaraq tapan və Ş.İsgəndərovun həyatını xilas edən şəxs isə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Ələsgər Hüseynov olub.
Hadisənin baş verdiyi mənzilin yerləşdiyi küçə darısqal olduğundan təcili yardım avtomobili həmin yerə daxil ola bilməyib. Bu səbəbdən polislər Ş.İsgəndərovun həyatını xilas etmək üçün onu təcili tibbi yardım avtomobilinə qədər əllərində aparmalı olublar.
Ş.İsgəndərov paytaxt ərazisində yerləşən şirkətlərdən birinin əməkdaşıdır və o, kifayət qədər yüksək əməkhaqqı alır. O, intihar etmək istəməsinin səbəbi kimi 90-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı şəhid olan qardaşının yoxluğu ilə hələ də barışa bilməməsini göstərib.
Xəbəri paylaş
6488 dəfə oxunub.
Digər xəbərlər

7-02-2017, 09:56
Qaradağda püskürən vulkan 10 ha ərazini əhatə edib
16-11-2015, 00:09
Azərbaycanda ən çox və ən az eşşək saxlayan rayonlar – Maraqlı SİYAHI
16-04-2021, 14:36
Nazir bu rayona DYP rəisi TƏYİN ETDİ - ƏMR
18-04-2017, 14:13
Aygündən sevgi etirafı: "Qəlbim boş deyil"
14-01-2017, 19:28
Bu dəyişiklik qiyamçıların sonunu gətirəcək - Yıldırım
18-10-2016, 23:12
"Qazı azaltmaqdansa, pəncərəni açıq saxlayırlar..."
15-07-2016, 22:58
"İbrahim Tatlısesi yenə vuracaqlar" - Türkiyə ŞOKDA
24-02-2018, 19:06
Prezidentliyə namizəd kimlərdi?
11-07-2015, 12:52
İŞİD-in qadın cəlladları
3-11-2016, 01:10
Fransada 4 məscid bağlandı