Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda ən çox və ən az eşşək saxlayan rayonlar – Maraqlı SİYAHI
Tarix: 16-11-2015 | Saat: 00:09
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Azərbaycanda ən çox və ən az eşşək saxlayan rayonlar – Maraqlı SİYAHI
Məlumdur ki, kənd yerlərində at və uzunqulaqlardan, bəzi hallarda dəvələrdən yükdaşıma üçün istifadə edirlər.

Bu gün bir sıra Azərbaycan kəndlərində uzunqulaqlar “kəndlinin ən yaxın köməkçiləridir” desək, yanılmarıq. Amma bir sıra hallarda bu heyvanlar istifadə yox, istismar olunur. Yəni yükdaşımada təkərli nəqliyyat vasitəsinin əlçatan olmadığını görən kəndli uzunqulağı həddindən artıq yükləməklə, normadan artıq istismar etməklə işini yola verməyə çalışır. Bir sözlə, sahibi onu hara sürürsə sürsün, nə qədər yükləyirsə yükləsin buna tabe olur.
Yeri gəlmişkən, eşşək heyvanlar arasında ən üzüyola, ən fağır canlı sayılır.

Maraqlıdır, Azərbaycanda eşşəklərin ən çox saxlanıldığı rayonlar hansılardır?



Today`s Baku Modern.az saytının bu suala Dövlət Statistika Komitəsindən aldığı cavabı təqdim edib. Komitədən verilən məlumat maraqlı mənzərə yaradır. Rəsmi məlumata görə, indi Azərbaycanda 40 min başa yaxşın uzunqulaq var.
Ən maraqlısı odur ki, çoxlarının ağlına belə, gətirmədiyi paytaxt Bakı şəhərində də 22 baş eşşək saxlanılır. Paytaxtdan fərqli olaraq Gəncə, Mingəçevir, Şirvan şəhərlərində 1 baş da eşşək qeydə alınmayıb.

Dövlət Statistika Komitəsinin məlumatından belə aydın olur ki, Azərbaycanda eşşəklərin ən çox saxlanıldığı rayon Yardımlıdır – 4429 baş. İkinci yerdə Tovuz gəlir – 2858 baş. Üçüncülüyü isə Qazax rayonu qapayır – 2739 baş.

Rəsmi məlumata görə, işğal rayonlarınını nəzərə almasaq, ölkdədə uzunqulaqların ən az saxlanıldığı ilk üç şəhər və rayon bunlardır: Naftalan – 4 baş, Biləsuvar 7 baş, Zərdab – 7 baş

Modern.az saytı Dövlət Statistika Komitəsinin eşşəklərin baş sayına görə şəhər və rayonların siyahısını təqdim edir.

Azərbaycanda ən çox və ən az eşşək saxlayan rayonlar – Maraqlı SİYAHI
Azərbaycanda ən çox və ən az eşşək saxlayan rayonlar – Maraqlı SİYAHI


Xəbəri paylaş

2 2668 dəfə oxunub.

Digər xəbərlər
Müəllif: davud
Tarix: 16 noyabr 2015 00:26
sizin sabirabadin polad toqay kandindan xabariniz olsaydi gorarduzki yazdiqiniz duz deyil orda bir nafara iki ewway duwure
bütün xəbərlər
____ Instagram ___