Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD-in qadın cəlladları
Tarix: 11-07-2015 | Saat: 12:52
Bölmə:Karusel / Gündəm / Dünya / M2 | çapa göndər

İŞİD-in qadın cəlladları

"Gecənin bir aləmi idi. Yatmışdıq. Qəflətən qapı döyüldü. Qapını açdım. Qarşımda saqqallı, avtomatlı İŞİD üzvləri vardı. Onlar məni vurub kənara atdılar və içəri girdilər. Evdə baldızlarımSəbihə və Səcidə vardı. Biri 18, o biri 16 yaşında. Saqqallılar arvadımın kiçik bacılarını sürüyüb apardılar. Gedəndə də dedilər ki, bu qızlar gözəl olduqları üçün hərəmə salınacaqlar".

İraqın şimalındakı Maxmur şəhərinin sakini Kafi Osman ağlayır. Dediyinə görə, o gündən bəri Səbihə və Səcidənin haqqında heç nə bilmir.

Şayiələrə görə, Səbihə və Səcidə Suriyanın Rəqqa şəhərinə aparılıblar. Orada qızlar iki terrorçunun hərəmində 8 ay saxlanandan sonra şəhərdəki "cariyə-kəniz bazarı"nda satılıblar. Beləcə, sonrakı 4 ayda "sahib"lərini dəfələrlə dəyişən bu zavallılar indi Rəqqada fahişəliyə vadar olunublar.
Rəqqadakı 100 min qadın orta əsrlər həyatı yaşamağa vadar olunub.

Cüzi "qanun pozuntu"su onlara çox baha başa gələ bilər.

... "İraq və Şam İslam Dövləti" (İŞİD) İraqla Suriyada nəzarət altında saxladığı ərazilərdə qadınların "Şəriətə tam riayət"ini təmin etmək üçün "Əl Hənsa" adlı "Qadın Şəriət Polisi" adlanan strukturunu gücləndirməyə qərar verib.

Milli.Az ABC-yə istinadən bildirir ki, hazırda bu "polis"in sıralarında 4 mindən artıq terrorçu qadının xidmət etdiyi təxminlənir. Həmin qadınların ən azı 60 nəfəri Britaniya vətəndaşıdır.
"Əl Hənsa"nın mənsublarının qəddarlığı o səviyyəyə çatıb ki, İŞİD terrorçuları belə, bu qadınlardan ehtiyat etməyə başlayıblar.

"Onlar tələb edirlər ki, dediklərini sözbəsöz yerinə yetirək. Bizə eyvana çıxmaq və ya evin pəncərəsindən baxmaq qəti qadağandır. Küçədə-bazarda olanda ətir qoxuyan, ya bərkdən danışan, gülən qadın dərhal cəzalandırılır. Tutub meydana aparır, orada şallaqlayırlar. Başqa kişi ilə telefonla danışmaq isə ölüm cəzasıdır", - Rəqqada "Əl Hənsa"nın cəzalandırdığı qadınlardan biri deyib.

24 yaşlı bu qadının, iki övlad anasının günahı səki ilə gedəndə ondan yolu soruşan yaşlı kişiyə cavab verməsidir.

"Əl Hənsa"nın Rəqqadakı ən qəddar, amansız üzvlərindən biri əslən Şotlandiyanın Qlazqo şəhərindən olan 20 yaşlı Əksa Mahmuddur.

Onun dediyinə görə, "Əl Hənsa"nın sıravi üzvlərinə ayda 170 dollar maaş verilir: "Əla işdir, razıyam. Bizi işlə təmin etməklə yanaşı, ev də veriblər. Burada Şəriət qaydalarına əməl olunmasına nəzarət edirik".

İŞİD-in ələ keçirdiyi şəhərlərdə yaşayan qadınlar "Əl Hənsa"nın mənsublarını "qara paltarlı cəlladlar" adlandırırlar. Çünki bu qadın terrorçular İŞİD-in "adi", kişi terrorçularını qəddarlıq və amansızlıqda geri qoyurlar.

"Ötən həftə qonşumuz siqaret çəkdiyi üçün onu tutdular. İki İŞİD-çi onu meydana apardı və dedilər ki, siqaret çəkdiyinə görə 10 şallaq zərbəsi alacaq. Qonşumuzu vurmağa başlayanda "Əl Hənsa"nın üç üzvü gəldi. Bu qadınlar dedilər ki, bəs qonşum arvadının mobil telefonla danışdığına icazə verdiyi üçün ağır cəzalanmalıdır. "Əl Hənsa"dan olan qadınlar qonşumun sağ əlini biləkdən kəsdilər. 20-25 yaşlı qız bunu etdi. Qılıncla qonşumun əlini kəsəndə gülümsəyirdi..." - Rəqqa şəhərinin sakini olan qadın söyləyib.


Xəbəri paylaş

8038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___