Sevil-Sevinc bacılarının törətdiyi qəza ilə bağlı son məlumat
Tarix: 06-04-2017 | Saat: 16:54
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Dünən Bakının mərkəzində tanınmış müğənni Sevil-Sevinc bacılarının avtomobillə yolu keçməyə çalışan piyadanı vurması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
"Xəbəraz.az "ın Lent.az-a istinadla məlumatına görə, hadisə saat 09:20-də “Gənclər” Meydanında (Qoşa Qala qapısının yanı, Konstitusiya Məhkəməsinin qarşısı) baş verib. Sükan arxasında əkiz bacılardan 1990-cı ildə anadan olmuş Bakı şəhər sakini Səfərova Sevinc Azad qızı olub. O, idarə etdiyi “Dodge Durango” markalı, “90 UA 555” dövlət qeydiyyat nişanlı avtomobil ilə 1930-cu ildə anadan olmuş, Yasamal rayon sakini Ağayev Söhrab Rüstəm oğlunu vurub.
Hadisə vaxtı Sevincin əkiz bacısı Sevil də yanında olub və onlar avtomobildən düşərək yaralıya kömək etməyə çalışıblar. Əkiz bacılar təcili tibbi yardım maşınını müşayət ediblər və xəstəxanaya gəliblər.
Bu arada yol qəzası zamanı ağır xəsarət alan 87 yaşlı Söhrab Ağayevin komaya düşməsi məlum olub. 1 saylı Şəhər Xəstəxanasına huşsuz vəziyyətdə ağır kəllə-beyin travması ilə gətirilən kişi təcili müayinə olunub. Məlum olub ki, onun beyninin sağ yarımkürəsi tamamilə əzilib və beyninə qan sızıb. Hazırda koma vəziyyətində olan yaralının həyatına təhlükə böyükdür. Sevil-Sevinc bacıları onu başqa və daha prestijli xəstəxanaya aparmaq istəsələr də, həkimlər buna icazə verməyiblər və S.Ağayevin hazırkı şəraitdə yerindən tərpədilməsinin riskli olduğunu deyiblər.
Artıq 2 gündür ki, bacılar “Xəzər” TV-də “Hər şey daxil” verilişinə də çıxmırlar.
Faktla bağlı araşdırma aparılır. Sevinc Səfərova polisə hadisə ilə bağlı izahat verib.
Xəbəri paylaş
8078 dəfə oxunub.
Digər xəbərlər

27-06-2016, 12:11
Türkiyədə Rusiya viza mərkəzində bomba həyacanı
15-03-2023, 11:23
Məktəblərdə Novruz bayramı ilə bağlı tətil günləri açıqlandı
13-06-2015, 12:45
Güləş üzrə kişilər arasında 98 kq-da Yunan-Roma yarışı başlayıb
15-06-2022, 11:34
86 yaşlı aktyor: "Arvadım vəfat etsə, 20 yaşlı qız alaram" - VİDEO
11-07-2015, 23:53
Serbiyanın divası bu imici Keyt Mossunu xatırlatdı – fotolar
6-12-2018, 15:33
Azərbaycanda daha bir qadını döyüb saçlarını kəsdilər
7-05-2017, 11:01
Dondurma sevənlər, ehtiyatlı olun
4-02-2016, 11:10
Lütfi Zadə – 95
1-07-2016, 18:42
ABŞ öz ordusunu bu ölkədə yerləşdirir
5-06-2016, 19:55
Yıldırım ata ocağında