Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sərkisyan bu niyyətə düşsə, Bakı İrəvanı yer üzündən silər
Tarix: 01-04-2017 | Saat: 13:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sərkisyan bu niyyətə düşsə, Bakı İrəvanı yer üzündən silər

Sərkisyan bilir ki, Azərbaycan ordusu "İsgəndər” raketlərini elə havadaca zərərsizləşdirmək potensialına sahibdir. Eyni zamanda, adekvat cavab imkanlarımız da kifayət qədərdir.

"Xəbəraz.az "xəbər verirki bu sözləri hərbi ekspert Azad İsazadə Şərq.az-a açıqlamasında deyib. Aprel ayında cəbhə xəttində vəziyyətin gərginləşməsinin gözlənilən olduğunu vurğulayan Azad İsazadə Ermənistan Prezidenti Serj Sərkisyanın "İsgəndər” raketlərindən istifadə hədəsini daxili auditoriyaya hesablanan bəyanat kimi səciyyələndirib:

“Əgər Ermənistan bütün hərbi texnikasını Qarabağa yığıb, oradan Bakını hədəf alsa belə, heç nəyə nail ola bilməyəcək. Çünki Naxçıvandan İrəvanı vurmağın daha asan olacağını da yaxşı bilirlər. Onların raketi Bakıya çatana qədər İrəvan yerlə-yeksan olacaq. Sərkisyanın bu riski gözə alıb "İsgəndər”dən istifadə etməsi inandırıcı deyil. Əslində, heç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistanın bu addımı atmasına imkan verməz”.

A.İsazadənin sözlərinə görə, cəbhə xəttində gərginlik ermənilərin Azərbaycan ordusunun zəif nöqtələrini tapmağa hesablanan manevrlərdir:

“Yəni gərginliyin bir səbəbi də kəşfiyyat xarakteri daşıyır. Təbii ki, ordumuz cavab tədbirləri ilə düşmənə göstərir ki, istənilən istiqamətdə mövqelərimiz güclüdür. Hərbiçilərimiz öz yerlərində möhkəm dayanırlar və vəziyyəti nəzarət altında saxlayırlar. O baxımdan belə hadisələrin bir neçə dəfə təkrar olması gözləniləndir. Biz hər zaman buna hazır olmalıyıq. Onu da deyim ki, yaz aylarında dağlarda qar əriməyə başlayan kimi hər iki tərəf sərfəli mövqe tutmağa çalışır, bu baxımdan lokal toqquşma mümkündür”.


Xəbəri paylaş

8048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___