Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda toyu faciəyə çevirən şəxs azadlığa çıxmaq istəyir - Gəlinin ölümünə səbəb olmuşdu - TƏFƏRRÜAT
Tarix: 29-01-2019 | Saat: 12:17
Bölmə:Karusel / Gündəm | çapa göndər


Toyu olacaq gəlinin ölümünə səbəb olan sürücü azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.
Xəbəraz.Az ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunan Yusibov Teymur Rəsul oğlunun məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçiriləcək.
İttiham aktılna görə, yol-nəqliyyat hadisəsi 2015-ci il iyun ayında baş verib. Zirə qəsəbəsində 29 yaşlı Sail Bədərlinin idarə etdiyi "Hyundai" markalı avtomobil Teymur Yusifovun idarə etdiyi "VAZ" markalı maşınla toqquşub. Qəza zamanı zərbənin təsirində "Hyundai" markalı maşın aşıb.
Nəticədə avtomobildə olan sürücü və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Rüfanə Bədərli ağır yaralanıb. Maşında gəlin paltarında olan 1990-cı il təvəllüdlü Vəsilə Qasım qızı Qurbanova hadisə yerində dünyasını dəyişib.
Araşdırmalar zamanı məlum olub ki, Vəsilə Qurbanovanın toyu olmalı idi. O, səhər gözəllik salonuna gedib və bəzənib. Bəy qohumunu və onun həyat yoldaşını gəlini gözəllik salonundan gətirmək üçün göndərib. Qəza da onlar salondan qayıdarkən baş verib.
Onu da qeyd edək ki, Teymur Yusifov hadisə zamanı avtomobili sərxoş vəziyyətdə idarə edib.
Bakə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Yusifov 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.


Xəbəri paylaş

3978 dəfə oxunub.

Digər xəbərlər
23-03-2017, 14:23 3 yaşlı uşaq boğuldu

bütün xəbərlər
____ Instagram ___