Burada 4 gün maşın saxlamaq olmaz
Tarix: 28-03-2017 | Saat: 20:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda keçiriləcək Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar olaraq Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir.
"Xəbəraz.az " xəbər verir ki, şirkətdən Trend-ə verilən məlumata görə, trekin Xaqani küçəsi, Bülbül prospekti və Zərifə Əliyeva küçəsindən keçən hissəsində martın 28-dən aprelin 2-dək hər gün gecə saatlarında (22:00-dan 06:00-dək) baryer quraşdırma işləri aparılacaq.
Paytaxt sakinlərindən göstərilən müddət ərzində trekin bu hissəsində avtomobillərini saxlamamaları xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneəçilik törədən avtomobillər evakuator vasitəsilə yaxın küçə və ya ərazidəki parklanma yerlərinə aparılacaq.
Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkür edir.
Xəbəri paylaş
6758 dəfə oxunub.
Digər xəbərlər

7-05-2018, 12:08
“Bozbash pictures”də yenidən toydur
18-08-2017, 11:00
İki gün əvvəl dənizdə batan gənclərin meyiti tapıldı
25-01-2018, 18:04
Aqil Acalov: “Türkiyə öz milli təhlükəsizliyini qorumaq üçün lazımı addımlar atır.”
23-03-2022, 12:02
Şuşa Bəyannaməsi Türkiyədə qüvvəyə mindi
29-01-2022, 11:16
DİN şəhidin adına protokolun göndərilməsinə münasibət bildirib
15-05-2020, 21:37
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
15-04-2017, 11:12
Gürcüstanla Azərbaycan arasında pul köçürmələrinin həcmi artıb
11-01-2017, 20:04
Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulacaq - Vaxtı bilindi