Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Acalov: “Türkiyə öz milli təhlükəsizliyini qorumaq üçün lazımı addımlar atır.”
Tarix: 25-01-2018 | Saat: 18:04
Bölmə:Karusel / Siyasət / Dünya / Müsahibə | çapa göndər




Türkiyə öz milli təhlükəsizliyini qorumaq üçün lazımı addımlar atır. Bu haqqı Türkiyənin əlindən heç kim ala bilməz.
"Xəbəraz.az" xəbər verir ki,Bu sözləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti, tanınmış ictimai fəal Aqil Acalov qeyd edib. Federasiya rəhbəri Türkiyənin “Zeytindalı" əməliyyatı ilə öz sərhədlərində təhlükəsiz zona yaratmaq istədiyini vurğulayıb. “Bu da bütün beynəlxalq hüquq çərçivəsindədir. Türkiyə terrordan əziyyət çəkən dövlətdir və bunun indidən qarşısını almaq hüququna malikdir. Minlərlə şəhid verən dövlətdir. Türkiyənin indidən qabaqlıyıcı addım atması tam normaldır və alqışlayırıq. Bəzi qüvvələr Türkiyənin uğurlu əməliyyatından narahatdırlar. Onlar zaman-zaman həmin terrorçu qüvvələrin arxasında durublar. Bu gün isə Türkiyə terroru məhv etməyə çalışır. Onlar bəşəriyyət üçün ciddi təhlükə yaradılar”. A.Acalov Azərbaycan xalqının erməni terrorundan əziyyət çəkdiyini bildirib. “İllərdir ki,erməni terrorundan əziyyət çəkirik. Gec-tez belə bir əməliyyat Azərbaycan dövləti tərəfindən də Qarabağda keçiriləcək. Çünki Ermənistan Azərbaycan sülh niyyətindən sui-istifadə edir. Üstəlik, Qarabağ nəzarətsiz vəziyyətdədir. Heç kimə şübhə deyil ki,Qarabağ hazırda terrorçular üçün əlverişli yerdir. Bu isə ciddi beynəlxalq hüquq pozuntusudur",deyə A.Acalov əlavə edib.


Xəbəri paylaş

1 0778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___