AB Şurası Ukrayna ilə vizasız rejimə keçmək məramını təsdiqləyib
Tarix: 03-03-2017 | Saat: 21:17
Bölmə:Karusel / Dünya | çapa göndər
Avropa Birliyi Şurası Ukrayna vətəndaşları üçün vizasız rejimə keçmək məramını təsdiq edib. Bu barədə şuranın saytında xəbər verilir.
Maltanın daxili işlər naziri Karmelo Abelanın bəyan etdiyi kimi, “Ukrayna vizasız rejim üçün zəruri şərtləri yerinə yetirib”.
“Biz Ukrayna vətəndaşları üçün vizasız rejim istəyimizə sadiqliyimizi nümayiş etdirdik”, – o, qeyd edib.
İndi vizadan imtina barədə qərar Avropa Parlamentində təsdiq edilməlidir. Sonra o, sonuncu dəfə ratifikasiya üçün AB Şurasına geri dönəcək. Qərar AB-nin rəsmi jurnalında yayımlandıqdan 20 gün sonra qüvvəyə minəcək.
Yaxın ərəfədə məlumat verilmişdi ki, Avropa Parlamenti deputatları və AB Şurasından vasitəçilər Ukrayna ilə vizasız rejimə keçilməsi barədə razılığa gəliblər.
Yeni qaydalar ukraynalılara biometrik pasportla 90 gündən 180 günə qədər Avropa Birliyi ölkələrinə biznes, turizm və ailəvi məqsədlər üçün səyahət etməyə imkan verəcək, lakin AB-də işləmək hüququ istisnadır.
Martın 1-də Ukrayna prezidenti Pyotr Poroşenko Ali Rada, Avropa Komissiyası və Avropa Parlamenti arasında vizasız rejim barədə danışıqların başa çatmasını bəyan edib. O deyib ki, bu, “Ukraynada çoxdan gözlənilən qərarın təsdiqlənməsi yolunda vacib addımdır” və qeyd edib ki, indi “söz Avropa Parlamenti və AB Şurasınındır”.
Xəbəri paylaş
5788 dəfə oxunub.
Digər xəbərlər

12-08-2016, 21:39
Sərdar Səfərov - Kəlbəcərin qəhrəman oğlu... -VİDEO
13-06-2015, 14:08
Amerika Ərdoğanın məğlubiyyətinə sevinir
28-05-2019, 10:30
Bakıda gənc oğlan sevgilisinə görə intihar etdi
8-06-2021, 17:17
Beyləqanda Bələdiyyə sədri narazlıq yaradır - MÜRACİƏT
15-04-2020, 17:56
"190 manat heç nə etməmək üçün verilir" - İbrahim Məmmədov
15-01-2023, 11:47
"Dünya gözəli-2022" müsabiqəsinin qalibi seçildi - FOTO
25-11-2016, 23:12
İŞİD-çi olan 2 azərbaycanlı həbs olunub
9-06-2020, 11:29
Tanınmış aktrisa dünyasını dəyişdi
16-08-2023, 10:07
Niyə istidə kişilər kökəlir, qadınlar isə arıqlayırlar?
13-10-2022, 10:13
Azərbaycanda tanınmış musiqiçi qəzaya düşüb - FOTO/VİDEO