Bakıda gənc oğlan sevgilisinə görə intihar etdi
Tarix: 28-05-2019 | Saat: 10:30
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Nizami rayon istintaq orqanlarının sözlərinə görə, qarşılıqsız sevgi gənc oğlanı intihara sövq edib.
Bu barədə Nizami rayon Prokukorluğundan məlumat verilib.
Xatırladaq ki, 26 may 11:30 radələrində Qara Qarayev prospektində yerləşən 16 mərtəbəli yaşayış evinin doqquzuncu mərtəbəsinin eyvanından Şirvan sakini 18 yaşlı Şahin Hafiz oğlu Hüseynov özünü atıb.
Son dəfə qonaq etdiyi əmisi oğlunun bildirdiyinə görə, intihara səbəb qıza olan sevgisidir. O, aralarında intihardan bir neçə dəqiqə əvvəl oğlanın narahatlıqları barədə danışıq olduğunu bildirib. Qardaşı ona hər şeyi ürəyinə yaxın qəbul etməməyi və ağılsızlıq etməməyi bildirib və digər otağa keçib. Ş.Hüseynov az sonra “Əlvida” deyə qışqırıb və pəncərədən özünü atıb.
Ş.Hüseynovun kompüter proqramları üzrə müəllimi Pərviz Əkbərov oxu.az-a bildirib ki, gənc, xəbərlərdə yazıldığı kimi, Bakıda fəhlə işləmirdi, Bakıda qonaq idi.
Onun sözlərinə görə, intihar vaxtı onun yanında atasının bacısı oğlu olub. Ş.Hüseynov pəncərənin ağzına oturub, gödəkçəsini çıxarıb, sağollaşıb və özünü aşağıya atıb.
“Şahini balaca vaxtından tanıyırdım, gözümün qabağında böyüyüb. Həmişə hündürlükdən qorxurdu. Ona görə də inanmıram ki, o, intihar etsin. Buna onun doğmaları da inanmır. O, həyatı sevirdi. Dünən yasda idim, orada onun yaxınlarını gördüm. Ölməmişdən əvvəl evə zəng edib, ona gitarasını gətirmələrini xahiş edib” - müəllimi deyir.
Hazırda faktla bağlı araşdırmalar davam edir. Məlumatlara görə, nəticə bunun intihar olduğunu sübut edir.
Xəbəri paylaş
3888 dəfə oxunub.
Digər xəbərlər

25-11-2022, 13:29
Bakıda gənc qız kirayə qaldığı evdə zorlandı
10-10-2021, 11:06
İran Azərbaycan ərazisinə girmişdi: 44 günlük savaşın daha bir sirri - TƏFƏRRÜATLAR
17-12-2016, 23:42
Putinin 24 il öncəki tarixi şəkli yayıldı - Foto
2-05-2015, 14:36
Manatın qorxu dövrü bitdi
6-09-2016, 09:39
ŞOK: "Coca-Cola" çəninə yıxılan adam ƏRİDİ!
18-12-2021, 12:13
Məktəblərimizin eyni PROBLEMi - Valideyinlər bunu məcburiyyətdən edirlər
3-10-2021, 14:47
Sabah yağış, dağlıq ərazilərə qar yağacaq
19-02-2018, 21:54
Ölkə başçısı SƏRƏNCAM verdi
24-01-2019, 17:52
Əli Abdalov Mehman Hüseynovla belə barışdı - VİDEO