Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Son ümid yerini Prezidentdə axtaran Müharibə veteranı və YAP üzvünün müraciəti
Tarix: 22-02-2016 | Saat: 13:09
Bölmə:M / Karusel / Hadisə / Aktual | çapa göndər

Son ümid yerini Prezidentdə axtaran Müharibə veteranı və YAP üzvünün müraciəti
Azərbaycan Respublikasının Prezidenti

Ali Baş Komandan, YAP-nın sədri
İlham Əliyev cənablarına

surəti: Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Zakir Qaralova

surəti: Azərbaycan Respublikasının DİN
general polkovnik Ramil Usubova

surəti: Azərbaycan Respublikasının Baş Prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi
cənab Kamran Əliyeva

Bakı şəhəri, Binəqədi rayonu
9-cu mikrorayon, Həmzə Babaşov küçəsi
ev 5, mənzil 34 ünvanında yaşayan
"Qarabağ müharibəsi" veteranı, YAP üzvü
Ağayev Eldar Əlixan oğlu tərəfindən


Şikayət ərizəsi

Hörmətli Prezident!
Mən, Ağayev Eldar Əlixan oğlu mənzilə ehtiyacım olduğundan avtomobilimi satmaq və torpaq sahəsi ilə dəyişməyi qərara almışdım. Qohumum Köçəriyev Eminə fikrimi bildirdim. O, mənə bildirdi ki, qaynatası Bədirov Rəşid Səfər oğlunun Hökməlidə 12 sot torpağı var və o, avtomobillə həmin torpağı dəyişmək istəyir.
Bir neçə gündən sonra Bədirov Ruslan Rəşid oğlu mənə zəng elədi və bildirdi ki, mənə məxsus avtomobillə atam torpağı dəyişmək istəyir və bildirdi ki, avtomobilə baxmaq istəyirlər və əgər xoşlarına gələrsə torpağa baxa bilərlər. Mən də avtomobilimlə onun atası Bədirov Rəşidin iş yerinə getdim. Onun ailə üzvləri atası və anası avtomobilə baxıb bəyəndilər.
Bundan sonra mən, qaynatam Köçəriyev Qamət və onlar tərəfdən Bədirov Ruslan və yeznəsi Emin torpağa baxmağa getdik. Torpaq xoşuma gəldiyindən avtomobillə dəyişmək qərarına gəldim.
Bədirov Rəşidlə belə razılaşdıq ki, avtomobili 8000 (səkkiz min) ABŞ dollarına qiymətləndirməklə ona məxsus 6 sot torpaqla dəyişək.
Mən, qaynatam Köçəriyev Qamət və onlar tərəfdən Bədirov Rəşid Səfər oğlu və oğlu Ruslan Xırdalan şəhərində yerləşən 1 saylı Notariat Kontorunda razılaşmağımızı təsdiqlədik. Beləki, mən mənə məxsus avtomobili idarə etmək üçün atasının razılığı ilə oğlu Bədirov Ruslanın adına etibarnamə verdim, Bədirov Rəşid isə ona məxsus 6 sot torpağı mənə etibarnamə ilə verdi və oradan çıxanda sənədləşmənin mənim adıma edəcəyinə söz verdi.
1 ay sonra mən həmin torğaq sahəsini hasarlamaq məqsədilə ora getdim. Orada tikinti işləri aparan Vüsal adlı şəxs mənə bildirdi ki, bu torpağı Bədirov Rəşid Səfər oğlu və Bədirov Ruslandan 6000 (altı min) manata alıb. Mən Ruslana zəng etdim və o, ora gələrək, heç nə olmamış kimi məni sakitləşdirərək bildirdi ki, həmin torpağın aşağı hissəsindəki 6 sot torpağı mənə verir. Həmin ərazini Ruslan ölçüb mənə verdi.
1 həftə sonra mən həmin əraziyə gedərək torpaq sahəsini hasarlamaq qərarına gəldim. Bu dəfə isə ora gedəndə başqa bir şəxsin həmin ərazini hasarladığını gördüm. O, da bildirdi ki, bu torpağı Bədirovlardan pulla alıb. Mən Bədirov Rəşidin iş yerinə getdim və ona öz etirazımı bildirdim. O, yalvarıb-yaxardı ki, narahat olma, orada olan başqa torpaq sahəsindən mənə yer ayıracaq. Biz ora getdik və Bədirov Rəşid Səfər oğlu özü başqa yerdən 6 sot torpaq sahəsi ölçüb verdi.
Səhəri gün qaynatam ilə birgə ora getdik. Torpağı hamarlamaq üçün həmin sahəyə traktor dəvət etdim. 1000 (min) manat müqabilində razılaşma ilə o, işə başladı. Sonra mən orada ev tikməyə başladım. 2-ci mərtəbəni tikəndə Hökməli kənd sakini Oktay adlı şəxs ora gələrək mənim işi dayandırmağımı tələb etdi və həmin ərazininin ona məxsus olduğunu bildirdi. Mən təkrarən Bədirov Rəşidə zəng etdim və tələb etdim ki, ora gəlsin. Bədirov Rəşid Səfər oğlu ora gələrək Oktay adlı şəxslə sövdələşməyə başladı. Lakin Oktayın Rəşidlə söhbəti alınmadı. Rəşid mənə artıq başqa yerdən 3.4 sot torpaq göstərib bildirdi ki, burdan tik. Mən ona bildirdim ki, mənim indiyədək 4700 (dörd min yeddi yüz) manat xərcim çıxıb. Bədirov Rəşid Səfər oğlu məni başa düşdüyünü bildirdi və həmin əraziyə traktor dəvət etdi və tikilinin sökməyi və yeni göstərdiyi əraziyə aparmağı tapşırdı. Bu söküntü zamanı 1000-dən çox daş yararsız hala düşdü. Rəşid, 2.6 sot torpağı isə həmin əraziyə yaxın tərəfdən verəcəyini bildirdi. Mən ondan sənədləşmə barədə soruşanda bildirdi ki, narahat olma, sənədləşmə aparılır.
Mən yenidən işə başladım. Bədirov Rəşid Səfər oğlu mənə dəyən zərərin- 4700 manatdan 1500 manatını (qum, sement və usta pulu) verdi. Lakin vəd verdiyi 2.6 sot torpağı indiyədək verməmiş və heç bir sənədləşmə də aparmamışdır. Mən artıq aldadıldığımı başa düşdüm və Bədirova son dəfə bildirdim ki, 2.6 sot torpağımı və sənədləri verməsə hüquq mühafizə xidmətlərinə müraciət edəcəm. Sonda Bədirov Rəşid Səfər oğlu mənə bildirdi ki, nə avtomobili mənə qaytaracaq nə də ki, sənədləşməni edəcək.
Bundan sonra avtomobolimi idarə etmək üçün verdiyim etibarnaməni Xırdalan şəhər 1 saylı Notariat Kontorunda ləğv etdirdim. Bu barədə BDYP İdarəsinə məlumat verdim. Avtomobilə axtarış və saxlanma verildi. Lakin avtomobilim BDYP tərəfindən müəmmalı səbəblərdən hələ də saxlanılmayıb. BDYP-dən mənə verilən cavabda bildirildi ki, avtomobil bir neçə nəfərə satılıb, axtarırıq.
Bundan sonra aidiyyatı üzrə Abşeron RPŞ-nə müraciət etdim. Abşeron RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Fuad Sərxoş oğlu Nəsirov mənim şikayət ərizəmi düzgün araşdırmamış və cinayət işi başlamasının rədd edilməsi haqqında Qərar vermişdir.
23 aprel 2014-cü il tarixdə Baş Prokuror cənab Zakir Qaralova mənim işimə düzgün baxılması və mənə qarşı dələduzluq etmiş Bədirov Rəşid Səfər oğlu və Bədirov Ruslan Rəşid oğlu barəsində Azərbaycan Respublikasının CM-nin 178.2-ci maddəsi ilə cinayət işinin başlanması barədə göstəriş verməsini xahiş etdim.
07 iyun 2014-cü il tarixdə Abşeron Rayon prokuroru cənab Qənimət Səfərova müraciət etdim. Cənab Prokuror mənim ərizəmi Abşeron RPŞ-nin İstintaq bölməsinin rəisi, polis mayoru cənab Bilal Nəbiyevə (23.06.2014, № 284-V-14) göndərdi.
27 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İarəsinin rəisi cənab Kamran Əliyevə ərizə ilə müraciət etdim. Müraciətimdə müstəntiq Fuad Nəsirovun mənim şikayət ərizəmə düzgün baxmaması və hansısa maraqlar səbəbindən cinayət işinin başlanmasına rədd qərarı verməsi barədə məlumat verdim. Mənim ərizəm Baş Prokurorluğa göndərildi.
24 noyabr 2014-cü il tarixdə Abşeron RPŞ-nin rəisi, polis polkovniki cənab Şəhriyar Şəmşirliyə ərizə ilə müraciət etdim. Ərizəmdə də mənim şikayət ərizəm istintaqda araşdırılarkən cavabdeh olan şəxs-Bədirov Ruslan Rəşid oğlu Azərbaycanı tez tələsik tərk etməsi və Rusiya Federasiyasının Dağıstan MR ərazisindən mənim əl telefonuma zəng edib ölümlə hədələməsi və mənim ailəmi təhqir etməsi barədə məlumat vermişəm.
06 fevral 2015-ci il tarixdə Baş Prokuror cənab Zakir Qaralova mənim işimə düzgün baxılması üçün ərizə ilə müraciət etdim. Qərar ləğv edildi və yenidən araşdılması üçün Abşeron RPŞ-nə göndərildi.
Cənab Prezident!
Mənim ərizələrim saysız-hesabsızdı. Ərizəm qapılardan qapılara yönəldilir. Mən artıq bilmirəm nə edim. Əmlakım da, pullarım da fırıldaqçı və dələduz Bədirovlar tərəfindən ələ keçirilib. Onların bu cürə hərəkətlərini ört basdır edən müstəntiqlərdən mən hara daha müraciət etməliyəm, bilmirəm. Borc xərc işində kirayədə məcburi yaşayan və iki azyaşlı övladlar böyüdən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından və qanından keçməyən, Sizin siyasətinizi daima dəstəkləyən YAP-nın üzvünə qarşı bu cürə laqeyd münasibət məni Azərbaycan dövlətini tərk etmək qərarı verməyə məcbur edir.
Sizdən çox xahiş edirəm mənim işimə yenidən və düzgün baxılmasına göstəriş verəsiniz və şəxsən nəzarətinizdə saxlayasınız.
Allah Sizi ailənizin və dövlətimizin üstündən əskik etməsin!

Hörmətlə: Ağayev Eldar Əlixan oğlu


Xəbəri paylaş

1 2008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___