"BakuBus"ı zibilləyənlər cəzalandırılacaq (FOTOLAR)
Tarix: 17-02-2017 | Saat: 21:24
Bölmə:Karusel / Bizim seçim / M2 / Foto-fakt | çapa göndər

Bakıda sərnişin avtobuslarını çirkləndirən sərnişinlərə qarşı tədbirlərə başlanıb.
"Xəbəraz.az " xəbər verir ki, "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin APA-ya verdiyi məlumata görə, marşrut xəttindən qaraja qayıdan avtobusların salonuna diqqət yetirərkən heyrətlənməmək, təəssüf hissi keçirməmək mümkün deyil: "Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda gecə yarısı qayıdarkən nələr aşkar olunmur? Müxtəlif növ məişət tullantıları, salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları və s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir".
M. Piriyev qeyd edib ki, bununla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin kimliyi aşkar olunub: "Həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək".
M. Piriyev sərnişinləri avtobuslardan istifadə edərkən təmizlik qaydalarına riayət etməyə və digər sərnişin tərəfindən bu kimi hallara yol verildiyini müşahidə etdikləri zaman dərhal "BakuBus"un *4242 qaynar xəttinə müraciət etmələrini xahiş edib.

4808 dəfə oxunub.
Digər xəbərlər

28-06-2016, 16:02
Bakıda qəbiristanlıq yanır
6-06-2018, 10:52
Kəmaləddin Heydərov təcili Zaqatalaya getdi
30-05-2016, 15:35
Ağcabədinin mal-qara oğruları tutuldu
31-05-2017, 12:45
Baş Prokurorluqdan Əfqan Muxtarlı barədə AÇIQLAMA
1-10-2015, 17:39
500-dən artıq ailəli və subay hərbi qulluqçular üçün xidməti mənzillər tikilib – FOTO
7-03-2022, 10:39
"Hamı getsə, bu şəhər kimin olacaq?" - Zelenski xalqa səsləndi
10-10-2015, 12:57
Mehman Əliyev: “MTRŞ müəyyən dairənin tapşırığını yerinə yetirir”
15-07-2016, 15:10
Azərbaycanda işıq pulu artırıldı
10-07-2016, 12:18
Türkiyə səhəri terrorla açdı - 2 ölü, 10 yaralı