Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İstanbul terrorunun başı - Tək qol və tək ayaqlı çeçen - FOTO
Tarix: 02-07-2016 | Saat: 18:12
Bölmə:M / Karusel / Dünya | çapa göndər

İstanbul terrorunun başı - Tək qol və tək ayaqlı çeçen - FOTO
ABŞ İstanbulun Atatürk Hava Limanında törədilən qanlı partlayışı planlayan şəxsin adını açıqlayıb.

"Xəbəraz.az " anspress-ə istinadən bildirir ki, ABŞ konqresinin üzvü və Daxili Təhlükəsizlik Komitəsinin başçısı Michael McCau həmin şəxsin "tək qollu" ləqəbi ilə tanınan Əhməd Çatayev olduğunu deyib.

Çatayev İstanbul terrorunu təşkil edənə qədər də boş dayanmayıb. Amma o, hər dəfə cəzalandırılmaqdan yayına bilib. Əhməd Çatayevin Rusiyanın Şimali Qafqaz regionundan olduğu bildirilir. ABŞ rəsmisi onun İŞİD terror təşkilatında yüksək vəzifə tutduğunu deyib.

Onun sözlərinə görə, Çatayev bir neçə dəfə Suriyaya gedib, orada həyata keçirilən hərbi əməliyyatlara başçılıq edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) "rusca danışan terrorçular" siyahısına daxil etdiyi Çatayev 2011-ci ildə Bolqarıstanda həbs edilib. Ancaq Avstriyada mühacir olduğu üçün azadlığa buraxılıb.

Bir il sonra Gürcüstanda yaralı olaraq həbs edilən Çatayev burada da cəzadan yayına bilib.

BMT-nin Təhlükəsizlik Şurasının hesabatlarına görə, Çatayev 130 İŞİD terrorçusuna rəhbərlik edir. Məlumata görə, o, 2000-ci illərdə Rusiyada həbs edilib. Həbsdə olarkən qanqrena olan qolu kəsilib. Lakin 2003-cü ildə o, həbsdən qaçıb. 2012-ci ildə Dağıstanda keçirilən antiterror əməliyyatı zamanı ayağını da itirib.

İstanbul terrorunun başı - Tək qol və tək ayaqlı çeçen - FOTO

"Əhməd əl Şişani" kimi də tanınan Çatayev 2014-cü ilin sonunda Suriyaya gedib. Bəzi iddialara görə, İstanbula gələrək terror təşkilatının oradakı qoluna başçılıq edib.

Ötən gün isə Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk hava limanında baş verən terrorda şübhəli bilinən, Gürcüstanda həbs edilən çeçen Əhməd Çatayevi Bidzina İvanişvili hakimiyyətinin həbsdən buraxdığı barədə iddia irəli sürmüşdü.

İstanbul terrorunun başı - Tək qol və tək ayaqlı çeçen - FOTO

İyunun 28-də Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında terror hadisəsi baş verib. Üç kamikadze hava limanına əllərində "Kalaşnikov" avtomatı ilə daxil olublar.

Onlar qarşılarına çıxanları güllələyiblər, daha sonra üzərlərinə bağladıqları bombanı partladıblar. Hadisə nəticəsində 44 insan ölüb, 200-dən çox adam yaralanıb.

Terror aktını İŞİD terror təşkilatının törətdiyi bildirilir.


Xəbəri paylaş

7938 dəfə oxunub.

Digər xəbərlər
9-07-2019, 13:35 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___